Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kasino operatoru “Caesars” hakerlərə 15 milyon dollar ödəyib

Amerika kazino və otel operatoru “Caesars Entertainment Inc.” hakerlərə avqustun sonunda baş verən kiberhücumdan sonra tələb etdikləri 30 milyon dolların təxminən yarısını ödəyiblər...

Poliqon xəbər verir ki. bu barədə The Wall Street Journal qəzeti yazıb. Qəzetin məlumatına görə daha əvvəl ödəniş faktını açıqlamayan “Caesars”ın bu həftə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müvafiq məlumatları təqdim edəcəyi gözlənilir.

Əvvəllər hakerlər operatorun kompüter sistemlərinə giriş əldə edib və şirkət fidyə ödəmədiyi təqdirdə məlumatları açıqlayacaqları ilə hədələyiblər.

Digər operator “MGM Resorts International” kiberhücumun nəticələrini aradan qaldırmağa davam etdiyi üçün analoji problemlə üzləşib, nəticədə idman mərc oyunları üçün kredit kartları, slot maşınları, terminallar şəbəkəsindən istifadə etmək mümkün olmayıb.

Sentyabrın 12-də “MGM Resorts” hadisə ilə bağlı SEC-ə məlumat verib və qeyd edib ki, hakerlərin hərəkətləri şirkət üçün əhəmiyyətli risklər yaradır. Moody's bildirib ki, operatorun elektron sistemlərinə edilən müdaxilə MGM-in kredit reytinqinə mənfi təsir göstərə bilər.

“Caesars” və MGM birlikdə Las-Veqasda 60.000-ə yaxın otel otağını və ölkə üzrə on minlərlə daha çox otaqları əhatə edir.

Poliqon.info


Etiket: Kazino Haker


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar