Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın və Ağdam-Xankəndi yolunda baş verənlər... - “Humanitar şou” ətrafında nə baş verir?..

İki gün əvvəl Rusiya Qırmızı Xaç Cəmiyyəti Ağdam-Xankəndi yolu ilə Qarabağın erməni əhalisinə yardım göndərdi, amma hələ də ünvana çatmayıb...

Politoloq: “Regionun gələcəyində planları olan maraqlı tərəflərin “humanitar şou” tədbirləri davam edir”.

“Ermənilər görünür, “humanitar şou” oyununa çoxdan hazırlaşıb ki, neçə aylarıdır “ac qalmaq” görüntüsü yaratmağa çalışırlar. Amma bu da bir yerə qədərdir”.

Bu sözləri politoloq Azər Qasımov Qarabağ ətrafında baş verən son hadisələri Poliqon-a şərh edərkən qeyd edib.

Ötən həftənin sonlarından Laçın yolu və Ağdam-Xankəndi yolu ətrafında maraqlı hadisələr baş verir. İki gün əvvəl Rusiya Qırmızı Xaç Cəmiyyəti Ağdam-Xankəndi yolu ilə Qarabağın erməni əhalisinə yardım yollasa da, bu yardım hələ də ünvana çatmayıb. Azərbaycan tərəfi bunu Qərb və Rusiyanın ikibaşlı oyunları ilə əlaqələndirib. Erməni tərəfi isə bunu Azərbaycanın yeni tələblər irəli sürməsi ilə əlaqələndirib. Eyni zamanda Laçın yolundan da Rusiya Rusiya Qırmızı Xaç Cəmiyyətinə məxsus yardım maşını ermənilər tərəfindən Azərbaycana buraxılmır.

Bəs hazırda Laçın yolu və Ağdam-Xankəndi yolu və ümumilikdə “humanitar şou” ətrafında nə baş verir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Rusiyanın Azərbaycanın tələblərinə uyğun yardım karvanının Ağdam istiqamətindən Xankəndiyə çatdırmaq istəyi sadəcə oyunun tərkib hissəsidir”.

Bütün maraqlı güclərin Azərbaycanın tələblərinə öz oyunlarını uyğunlaşdırmağa məcbur olduqlarını vurğulayan ekspert Poliqon-a bildirib ki, bütün bunlara baxmayaraq, şərtləri Azərbaycan qoyur:

“Regionun gələcəyində planları olan maraqlı tərəflərin “humanitar şou” tədbirləri davam edir. Azərbaycan ərazisində idarə olunmayan zona olduğunu qabartmaq üçün “humanitar şou” oyunu qurulub. Azərbaycan öz daxilində “boz ərazi” olduğunu qəbul etmir. Maraqlı qüvvələr isə zorla belə bir ərazinin olduğunu göstərmək istəyirlər. Məqsəd gərginliyi saxlamaqdır.

Rusiyanın Azərbaycanın tələblərinə uyğun yardım karvanının Ağdam istiqamətindən Xankəndiyə çatdırmaq istəyi isə sadəcə oyunun tərkib hissəsidir. Rusiya bunun olmayacağını əvvəlcədən bilirdi, çünki oyunu quran özüdür.

Azər Qasımov: “Sonunda Azərbaycanın hazqlı tələblərinin yerinəyetiriləcəyi şübhəsizdir”.

Azərbaycan belə oyunları poza-poza gəlir. Təbii ki, bu oyun da pozulacaq. Əsas odur ki, prosesdə söz sahibi Azərbaycandır. Bütün maraqlı güclər Azərbaycanın tələblərinə öz oyunlarını uyğunlaşdırmağa məcburdurlar. Şərtləri Azərbaycan qoyur. Heç bir oyunçunun da buna qarşı gəlmək gücü yoxdur.

Ermənilər görünür, “humanitar şou” oyununa çoxdan hazırlaşıb ki, neçə aylarıdır “ac qalmaq” görüntüsü yaratmağa çalışırlar. Amma bu da bir yerə qədərdir. Sonunda Azərbaycanın hazqlı tələblərinin yerinəyetiriləcəyi şübhəsizdir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

May ayında qarın yağması nəyin xəbərçisidir?

Ən çox oxunanalar