Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb və Rusiyanın kartları üzə çıxır: Qarabağdakı ermənilər üçün göndərilən yüklərin gecikməsinin əsl səbəbi

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri üçün yük daşıyan nəqliyyat vasitələrinin Xankəndinə keçidi hələ də yubanır...

Rusiya Qızıl Xaç Cəmiyyətinin (ROSC) göndərdiyi yük maşını da hələ də Bərdədədir. Caliber.az məlumat verir ki, hadisələr cərəyan etdikcə, baş verənlərin aydın mənzərəsi ortaya çıxır.

Belə ki, Rusiya Qızıl Xaç Cəmiyyəti qeyri-rəsmi kanallar vasitəsilə beynəlxalq tərəfdaşların təzyiqləri barədə məlumat verir, eyni zamanda Qarabağda kiçik bir qrup insanın “narazılığını” bildirir.

Nəticə etibarı ilə Qərb AğdamLaçın marşrutlarının “eyni vaxtda” açılmasında israr edir, Rusiya tərəfi isə yükün guya “Qarabağ erməniləri tərəfindən buraxılmadığını” iddia edir. Bütün bunlar onu deməyə əsas verir ki, Moskva ilə Qərb arasında Azərbaycanın maraqları bahasına hansısa “oyun” gedir.

Ağdam marşrutunun işləməsi ilə bağlı presedent bizim tərəfdaşlarımızın əksini bəyan etmələrinə baxmayaraq, onları son dərəcə narahat edir. Aydındır ki, bu, nə Moskvanın, nə də Qərbin xoşuna gəlmir, lakin hər birinin öz səbəbləri var, baxmayaraq ki, onların bu konkret məsələdə maraqları üst-üstə düşür.

ABŞRusiyadakı tərəfdaşların tamamilə əsassız gözləntiləri var idi ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin yüklərinin Ağdamdan keçməsi ilə eyni vaxtda BQXK üçün Laçın yolu da açılacaq. Lakin bu “cəhd” nəticə vermədi, çünki bu yollar boyunca malların eyni vaxtda keçirilməsini nəzərdə tutan heç bir razılaşma olmayıb.

Rusiya Qızıl Xaç Cəmiyyətinin yükləri yalnız Ağdamdan, BQXK-nın yükləri isə AğdamLaçından eyni vaxtda keçməlidi. Və dünən rəsmi Bakının (Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin tvitində - Qeyd) Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükünün Xankəndi istiqamətində hərəkət etməsi ayrıca bir razılaşmadır və Beynəlxalq Qızıl Xaç Komitəsinin daşımaları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır bəyanatı Moskva və Vaşinqtonun kartlarını kəskin şəkildə qarışdırıb.

Və ən pis “dostların” həyata keçirmək istədiyi bütün proses dalana dirənib... Artıq bu gün “Kommersant”da söz-söhbətlər dolaşır, orada erməni əsilli rusiyalı jurnalist diplomatik yolla Bakını öhdəliklərdən boyun qaçıran tərəf kimi qələmə verməyə çalışır. Lakin diplomatik prosesdən xəbəri olan bütün beynəlxalq oyunçular real vəziyyətdən xəbərdardırlar.

Eyni zamanda, rəsmi Bakı BQXK-nın avtomobillərinin AğdamLaçın marşrutları ilə eyni vaxtda getməsinə razılıq verib, BQXK-nın avtomobillərini istənilən vaxt buraxmağa hazır olduğunu bildirib. Lakin bundan imtina edən Qarabağ separatçılarıdır, bütün maraqlı tərəflər bunu çox gözəl bilirlər.

O ki qaldı Moskva və Vaşinqtona, əgər yuxarıda qeyd olunan yolların “eyni vaxtda” açılmasını ürəkdən arzulayırlarsa, o zaman Qarabağda keçirilən qanunsuz “seçkiləri” pisləməli, qanunsuz rejimin ləğvini tələb etməli, Ağdamdan malların keçirilməsini təmin etməlidirlər. Bu, istənilən bəyanatdan daha təsirli olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Barış Akarsunun 17 ildən sonra ortaya çıxan son görüntüsü gündəm oldu - Video

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Saatlının Dədə Qorqud kəndində oğul atasını şüşə parçası ilə qətlə yetirib

Ən çox oxunanalar