Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karyera bacarıqlarının artırılması üçün təlim kursuna qeydiyyat başlanıb

Gənclərin karyera həyatında özünü ifadə etmək kimi bacarıqlarının artırılması üçün layihəyə başlanılıb...

Feso.az xəbər verir ki, “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi “Karyerada özünüifadə bacarıqları” layihəsini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycan İncəsənət Məktəbi və “Human Development Center”in təşkilatı dəstəyi ilə icra edir.

UYD-dən verilən məlumatda qeyd edilir ki, gənclərin fərqli mühitlərdə böyüməsi onlarda müxtəlif xüsusiyyətləri formalaşdırır. Həmin xüsusiyyətlər gənclərin inkişafına həm mənfi, həm də müsbət təsirlər edə bilir. Gənclərdə formalaşan xüsusiyyətlərdən biri də utancaqlıqdır. Harvard Tibb Məktəbinin araşdırmasına görə, utancaqlıq- əlaqələrin qurulmasına, iş məhsuldarlığına və karyera yüksəlişinə mane olur. Layihə gənclərin utancaqlıqla bağlı mübarizə apara bilməsinə və karyera inkişafına nail olmasına dəstək vermək ideyasını daşıyır.

Layihənin icra müddəti 2023-cü ilin iyul-oktyabr aylarını əhatə edir. Layihə müddətində Bakı şəhərində 15 təlim keçiriləcək.

Təlimlərə tələbələr, məzunlar və iş həyatına yeni başlayan gənclər cəlb olunacaq. Fəal təlim metodları ilə gənclərin öz qorxu və narahatlıqlarını tanımalarına, fikir mübadiləsində iştiraklarına və kütlə qarşısında çıxışlarına şərait yaradılacaq.

Təlimlər mədəniyyət işçisi Dağlar Yusif, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Pərviz Əfəndizadə, karyera təlimçisi Fərhad Abdulov və şəxsi inkişaf mütəxəssisi Murad Məmmədovun iştirakı ilə təşkil olunacaq.

Təlimlərdə iştirak etmək istəyən gənclər 17 sentyabr tarixinə qədər UYD İctimai Birliyinin ( @uydib ) sosial şəbəkə hesablarındakı qeydiyyat forumu ( https://bit.ly/KaryeraBacarıqları ) vasitəsilə müraciət edə bilərlər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Ən çox oxunanalar