Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin müharibə təşvişi... - İnformasiya savaşı, yoxsa doğrudan müharibənin astanasındayıq?..

Ermənilər böyük təşvişlə sosial şəbəklərdə yazırlar ki, Azərbaycan həm Ermənistana, həm də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə hücum edəcək...

Politoloq: “Rəsmi İrəvan mövcud reallıqların onun əleyhinə olduğunu yaxşı bilir. Buna görə də prosesləri süni şəkildə dəyişdirməyə çalışır”.

“Vəziyyət getdikcə daha da pisləşir və Azərbaycan öz təhlükəsizliyi naminə Ermənistanı növbəti dəfə cəzalandırmaq hüququnu özündə saxlayır”.

Bu sözləri politoloq Tural İsmayılov ermənilərin sosial şəbəkələrdə müharibə anonsları vermələrini Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar erməni sosial şəbəkə seqmentində durmadan müharibə anonsu verilir.Ermənilər böyük təşvişlə sosial şəbəklərdə yazırlar ki, sərhəd bölgələrinə ordu toplayan Azərbaycan həm Ermənistana, həm də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə hücum edəcək.

Bəs, bu kimi xəbərlər ancaq informasiya müharibəsinin tərkib hissəsidir, yoxsa yerdəki gərgin vəziyyət yenidən müharibənin başlamasına səbəb ola bilər?

AzərbaycanErmənistan arasındakı son vəziyyəti Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Bütün bunların da ən böyük günahkarı birmənalı şəkildə hazırkı Ermənistan hakimiyyətidir. Belə olduqda gərginlik hər an aktiv fazaya keçə bilər”.

Baş verə biləcək bütün hadisələrin məsuliyyətini Ermənistan tərəfinin daşıdığını vurğulayan politoloq Poliqon-a bildirib ki, Ermənistan hər bir fürsətdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü təhdid etməyə davam edir:

“Ermənsitan hazırda sülhdən çox uzaqdır. Xarici ölkələrin maraqları naminə müharibəni gözə alan bir ölkə ilə necə sülh imzalamaq olar? Bundan başqa, rəsmi İrəvan mövcud reallıqların onun əleyhinə olduğunu yaxşı bilir. Buna görə də prosesləri süni şəkildə dəyişdirməyə çalışır.

Nəzərə alsaq ki, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilmir, yekun sülh müqaviləsi imzalanmır, onda demək olar ki, geriyə bir variant qalır. Rəsmi İrəvan vəziyyəti gərginləşdirəcəyi təqdirdə Bakı buna misli ilə cavab verəcək. Yəni baş verə biləcək bütün hadisələrin məsuliyyətini Ermənistan tərəfi daşıyır. Çünki Ermənistan hər bir fürsətdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü təhdid etməyə davam edir.

Tural İsmayılov: “Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı təəssüflər olsun ki, yetkin bir addım atıla bilmir”.

Hesab edirəm ki, buna görə də Ermənistan ciddi şəkildə bölgədə gərginləşdirici faktor kimi xarici güc mərkəzlərinin oyuncağı rolunu davam etdirir. Belə olduğu təqdirdə həm sərhədlərin delimitasiya demakrasiyası, həm Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı təəssüflər olsun ki, yetkin bir addım atıla bilmir.

Bütün bunların da ən böyük günahkarı birmənalı şəkildə hazırkı Ermənistan hakimiyyətidir. Belə olduqda gərginlik hər an aktiv fazaya keçə bilər. Bu baxımdan da vəziyyət getdikcə daha da pisləşir və Azərbaycan öz təhlükəsizliyi naminə Ermənistanı növbəti dəfə cəzalandırmaq hüququnu özündə saxlayır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil

Ən çox oxunanalar