Nigerdə hakimiyyəti ələ keçirən hərbçilər BMT missiyalarına, beynəlxalq təşkilatlara və QHT-lərə “əməliyyat zonalarında” işləməyi qadağan edib...
Poliqon xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bu strukturlarda işləməyin qadağan olunduğu konkret bölgələr göstərilməyib.
“Mövcud təhlükəsizlik vəziyyəti və Niger Silahlı Qüvvələrinin əməliyyat hazırlığı ilə əlaqədar nazirlik Nigerdə mövcud olan beynəlxalq təşkilatlara, milli və beynəlxalq QHT-lərə və BMT agentliklərinə onların fəaliyyətlərinin və hərəkətlərinin müvəqqəti olaraq dayandırıldığı barədə məlumat veririk”, deyə Nazirliyin açıqlamasında deyilir..
Qeyd edək ki, iyulun 27-də Niger hərbçiləri prezident Mohamed Bazumu istefaya göndərdiyini elan ediblər. Onlar müdaxilə olacağı təqdirdə Bazumu öldürəcəkləri ilə hədələsələr də, sonda onu mühakimə etmək qərarına gəliblər. Avqustun 26-da hərbçilər Fransa səfirini ölkədən çıxarıb. Niger Baş Qərargahı isə hərbçiləri maksimum hazırlıq vəziyyətinə gətirib. Üsyançılar həmçinin fransız qoşunlarının sentyabrın 3-dək çıxarılmasını tələb etdilər.
Poliqon.info