Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: “Humanitar şou” təxribatlar seriyasının başlanğıcıdır...

Qarabağ ətrafında başladılan “humanitar şou”nun sonunda nə görünür?..

Siyasi-şərhçi: “Bütün bu hunamitar yük oyunları təəsüf ki, bir şeyə hesablanıb. Azərbaycanın dünyada ölkə ərazisində yaşayan erməni əhalisinin hüquqlarını pozmaqda, onu hunamitar fəlakətlə üzləşdirməkdə ittiham etmək üçün əsas yaratmaq istəyirlər”.

“Bu Fransa dövlətinin planlaşdırdığı siyasətdir və siyasətin də məqsədi heç də erməniləri müdafiə etmək, Azərbaycanı ittiham etmək deyil. Fransa höküməti bunlardan vasitə kimi istifadə edir və çalışır bununla özünü bir geosiyasi güc kimi təsdiq etsin”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Ermənistanhavadarlarının “Humanitar şou”sunun nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Qarabağ separatçıları Bakıdan göndərilən humanitar yükü qəbul etmədilər. Aydın məsələdir ki, separatçılar Fransanın erməni lobbisinin təsiri ilə Ermənistana gələcək Paris meri Ann Hidalqonun “aksiyasının” nəticəsini gözləyirlər. Paris meri “humanitar yüklə” Azərbaycan sərhədinə gəlməyi planlaşdırır. Amma həmin mer də Azərbaycan ərazisinə daxil ola bilməyəcək¸ bir neçə gün sonra geri qayıtmalı olacaq.

Ermənistan hakimiyyəti Qarabağ separatçılarıyla birgə bu səfərdən də nəticə əldə etmədikdən sonra başqa nə təxribatçı addım ata bilərlər? Ümumiyyətlə, bu “humanitar şou”nun sonunda nə görünür?

Azərbaycana qarşı oynanılan oyunları Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Məsələ birbaşa Fransa dövlətinin ən yüksək səviyyədə planlaşıdırlıb və həyata keçirilən aksiyadır”.

Təxribatların davam edəcəyini proqnoz edən ekspert Poliqon-a açıqlamasında vurğulayıb ki, hələlik Fransa Azərbaycana qarşı BMT-də qətnamə həyata keçirməyə çalışacaq:

“Bütün bu hunamitar yük oyunları təəsüf ki, bir şeyə hesablanıb. Azərbaycanın dünyada ölkə ərazisində yaşayan erməni əhalisinin hüquqlarını pozmaqda, onu hunamitar fəlakətlə üzləşdirməkdə ittiham etmək üçün əsas yaratmaq istəyirlər. Mən düşünmürəm ki, bu məsələ hansısa bir mer, erməni diasporu və yaxud lobbisi səviyyədə, hətta Fransanın bir qurup ermənipərəst siyasətçiləri səviyyəsində həll olunsun. Məsələ birbaşa Fransa dövlətinin ən yüksək səviyyədə planlaşıdırlıb və həyata keçirilən aksiyadır.

Aksiyanın da məqsədi Azərbaycanı təkcə təcavüzkar ölkə kimi göstərmək deyil, həm də Fransanın özünü geosiyasi güc kimi təsdiq etmək istəyindən qaynaqlanır. Əgər dünən Emmanuel Makronun AzərbaycanErmənistan liderlərinə telefon zəngi olmasaydı, düşünmək olardı ki, bu aksiya hansısa bir qrupun, icmanın, merin təşəbbüsüdür. Mən bununla haradasa razılaşa bilərdim. Çünki demokratik ölkələrdə merin prezidentdən asılacağı yoxdur, senat üzvlərinin prezidentdən asılacaqları yoxdur, onlar ayrıca bir hakimiyyət qanadıdır. Lobbiçilər də ayrıca fəaliyyət göstərir, onların da dövlətdən asılacaqları yoxdur.

Ərəstun Oruclu: “Əgər dünən Emmanuel Makronun AzərbaycanErmənistan liderlərinə telefon zəngi olmasaydı, düşünmək olardı ki, bu aksiya hansısa bir qrupun, icmanın, merin təşəbbüsüdür”.

Yəni, dediyin odur ki, bu Fransa dövlətinin planlaşdırdığı siyasətdir və siyasətin də məqsədi heç də erməniləri müdafiə etmək, Azərbaycanı ittiham etmək deyil. Fransa höküməti bunlardan vasitə kimi istifadə edir və çalışır bununla özünü bir geosiyasi güc kimi təsdiq etsin. Bəs niyə Azərbaycan-Ermənistan məsələsində? Çox sadə səbəb var. Hər kəs anlayır ki, bu gün geosiyasi mübarizənin əsas güc mərkəzi Böyük Ortadoğudadır. Böyük Ortadoğu üzərində savaş gedir. Bu savaş hələlik diplomatik, siyasi səviyyədədir və savaşın qaynar mərhələsinə də hazırlıq gedir. Yəni, hərbi mərhələsinə hazırlıq gedir.

Belə olan halda, əlbəttə ki, Azərbaycan və Cənubi Qafqaz Rusiya üçün bir dəhliz rolunu oynayır. Mən hələ onu demirəm ki, bu bölgə ümumiyyətlə, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişmə nöqtəsidir. Bax bu, səbəbdən də hər bir geosiyasi iddiaları olan özünü bu regionda təsdiqləmək istəyir.

Təxribatlar davam edəcək və mən düşünürəm ki, bu “humanitar şou” təxribatlar seriyasının başlanğıcıdır. Çalışacaqlar Azərbaycan ordusunu və yaxud sərhədçilərini güc tətbiq etməyə sövq etsinlər. Çalışacaqlar bütün dünyaya çəkib göstərsinlər ki, Azərbaycan acından ölən, humanitar fəlakətlə üzləşmiş zavallı erməni azlığına yardımın qarşısını alır. Bu mənada da Azərbaycanın Qarabağın dağlıq hissəsində yaşayan erməni icmasına göndərdiyi yardımlardan imtina etmələri göstərir ki, bunun arxasında niyyət, məqsəd var. Əgər həqiqətən də, o əhlinin ərzağa ehtiyacı varsa, niyə ərzağı qəbul etmir? Ərzağın haradan gəlməsinin nə aidiyyətı var?

Ərəstun Oruclu: “Bu gün atılan addımlar Ermənistan hakimiyyətinin iştirakı olmadan atılmır”.

Bir daha qeyd edim ki, bu təxribatlar davam edəcək. Hələlik Fransa çalışacaq ki, Azərbaycana qarşı BMT-də qətnamə həyata keçirsin. Bu alınmasa həmin cəhdlər Avropa Birliyi səviyyədə davam etdiriləcək. Mən müxtəlif hərbi xarakterli təxribatların olmasını da istisna etmirəm. Buna görə də, indi hər şeyə hazır olmaq lazımdır. Mən situasiyanı belə görürəm.

Ermənistan hakimiyyəti də məhz bu təsirlərin nəticəsində öz kursunu dəyişdi. Bu gün atılan addımlar Ermənistan hakimiyyətinin iştirakı olmadan atılmır. Deməli sülh prosesi yenidən təxirə salındı. Məsələ də budur. Bu gün sülh heç kəsə lazım deyil. Çünki konflikt çox mühim geosiyasi fəaliyyətdir. Ondan istifadə etməklə bütün geosiyasi iştirakçılar öz maraqlarını həyata keçirməyə çalışırlar. Dediyim kimi Fransanın da əsas niyyəti budur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar