Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda pulsuz ilik əməliyyatı üçün nə etmək lazımdır? - Rəsmi açıqlama

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə qaraciyər və böyrək transplantasiyasını, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasını tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri də daxil edilib...

Burada xüsusi diqqəti çəkən isə sümük iliyi transplantasiyasıdır.

Bəs görəsən, bu əməliyyat üçün nələr tələb olunur, xəstələr hansı meyarlarla seçilirlər?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği artıq təsdiq olunub:

Nazirlər Kabinetinin 4 avqust 2023-cü il tarixli 263 nömrəli Qərarına əsasən, qaraciyər, böyrək, sümük iliyi və hematopoetik kök hüceyrələrin transplantasiyası tibbi göstərişi olan, müalicə protokolları və kliniki tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunanlara şamil edilir. Transplantasiya xidmətlərinin göstərilməsi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun tələblərinə uyğun həyata keçirilir.
Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfi ilə təminata alınmış orqan transplantasiyası üzrə tibbi xidmətlərin maliyyələşməsi həyata keçirilir. Belə ki, həyata keçirilən əməliyyatlar üzrə tariflər müvafiq tibb müəssisəsinə ödənilir. “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı” ilə https://e-qanun.az/framework/48132 linkinə daxil olaraq tanış ola bilərsiniz.

Nazirlər Kabinetinin 06 avqust 2022-ci il tarixli 288 nömrəli Qərarına əsasən, orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini həyata keçirən qurum Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”dir.

Koordinasiya Mərkəzi bu sahədə fəaliyyəti təşkil edir, əlaqələndirir, orqan donorluğu və transplantasiyasını həyata keçirən tibb müəssisələrinin işini koordinasiya edir, bu sahədə vahid uçot aparır və informasiya təminatını təşkil edir. Qurumun fəaliyyəti ilə ətraflı linkə keçid edərək tanış ola bilərsiniz: https://e-qanun.az/framework/51154

Orqan transplantasiyası ilə bağlı ətraflı məlumat əldə etmək üçün Səhiyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Ən çox oxunanalar