Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojinin və digər ölənlərin cəsədləri Tver morquna aparılıb...

Priqojinin biznes təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin cəsədləri Tver meyitxanasına aparılıb...

“Vaqner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojinə məxsus “Embraer” biznes-jetinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədləri Tver vilayətindəki meyitxanaya aparılıb.

Poliqon xəbər verir ki, bu barədə REN TV məlumat yayıb. Məlumatda qeyd olunur ki, ölənlərin cəsədlərinin məhkəmə-tibbi ekspertizası aparılacaq.

Qeyd edək ki, avqustun 23-ü axşam saatlarında Tver vilayətinin Kujenkino kəndi yaxınlığında şəxsi “Embraer Legacy” təyyarəsi qəzaya uğrayıb. Təyyarə Moskva - Sankt-Peterburq reysi həyata keçirib. Təyyarədə 10 nəfər olub, onlardan üçü ekipaj üzvü olub. İlkin məlumata görə, onların hamısı ölüb.

Federal Hava Nəqliyyatı Agentliyi bildirib ki, təyyarənin göyərtəsində sərnişinlər siyahısında biznesmen Yevgeni Priqojin var.

Təyyarənin qalıqlarından biri qəza yerindən təxminən iki kilometr aralıda, Kujenkino kəndinin girişində tapılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar