Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Magistraturaların boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib...

Bu barədə Poliqon-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2900 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 1055 nəfər (o cümlədən 150 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (pdf formatında) sabah günün ikinci yarısından etibarən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə də əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

Qəbul olunan şəxslər 2023-cü il 28 avqust 11:00-dan 4 sentyabr saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Ən çox oxunanalar