Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zamanla Macarıstan türk dövlətlərinin tam hüquqlu üzvü ola bilər?..

Macarıstanın dövlət bayramında türk dövlətlərinin liderlərinin iştirakı diqqət çəkdi...

Politoloq: “Son dövrlər Macarıstanın türk dünyasına inteqrasiya etmə siyasi xətti həyata keçirməsi diqqət çəkən məqamdır”.

“Əlbəttə ki, Macarıstan türk dövlətlərinin tam hüquqlu üzvü olması şansı çox böyükdür”.

Bu sözləri politoloq Tural İsmayılov Macarıstanın türk dövlətlərinə meyillənməsini Poliqon-a şərh edərkən qeyd edib.

Macarıstanın dövlət bayramında Budapeştin üzv olduğu Avropa İttifaqının deyil, türk dövlətlərinin liderlərinin iştirakı diqqət çəkdi. Baş nazir Viktor Orban “siyasi dostlarını milli bayrama dəvət etdiyini” söylədi. Bildiyimiz kimi son illərdə Macarıstanın Avropa ilə böyük fikir ayrılıqları meydana gəlib.

Dövlətçilik ənənələri böyüj türk sərkərdəsi və dövlət xadimi Atillaya dayanan Macarıstanın hazırda türk dövlətləri ilə münasibətlərini necə dəyərləndirmək olar? Zamanla Macarıstan türk dövlətlərinin tam hüquqlu üzvü ola bilərmi?

Macarıstanın son zamanlarda türkyönlü siyasətini Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Yaxın gələcəkdə Macarıstanın Türk Dövlətləri Təşkilatında tam hüquqlu üzvü olması məsələsi realdır”.

Macarıstanın Türk Dövlətləri Təşkilatının gələcək geopolitik və iqtisadi imkanlarını yaxşı dəyərləndirə bildiyini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, buna görə də, Macarıstan təşkilatda müşahidəçi qismində iştirak edir:

“Son dövrlər Macarıstanın türk dünyasına inteqrasiya etmə siyasi xətti həyata keçirməsi diqqət çəkən məqamdır. Bu gün Avropa dövlətlərindən, NATO üzvlərindən fərqli olaraq Macarıstan türk dövlətləri ilə nəyinki konfentrasiyaya gedir, həmçinin türk dövlətlərinə inteqrasiyanı əsas siyasi xətt hesab edir.

Macarıstan üçün önəmli olan tarixi bir gündə türk dövlətləri liderlərinin bu tədbirə dəvət edilməsi, ən yüksək qonaqlar kimi qəbul edilməsi Macarıstan rəhbərliyinin türk dünyasına verdiyi öndəmi bir daha göstərmiş olur.

Əlbəttə ki, Macarıstan türk dövlətlərinin tam hüquqlu üzvü olması şansı çox böyükdür. Nəzərə almaq lazımdır ki, Macarıstan Türk Dövlətləri Təşkilatının gələcək geopolitik və iqtisadi imkanlarını yaxşı dəyərləndirə bilər. Buna görə də, Macarıstan təşkilatda müşahidəçi qismində iştirak edir. Yaxın yaxın gələcəkdə Macarıstanın Türk Dövlətləri Təşkilatında tam hüquqlu üzvü olması məsələsi realdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar