Çərşənbə, 10 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda baş verənlər... - Rəsmi Bakının “səbr kasa”sı nə zaman daşacaq?..

Azərbaycan antiterror əməliyyatlarına başlaya bilərmi?..

Politoloq: “Rusiya “sülhməramlıları” separatçılara terrorist fəaliyyətlərini davam etdirmək üçün şərait yaradır”.

“Əgər seperatçılar yenə də təxribatçı fəaliyyətlərinə davam edəcəklərsə, Ermənistan öz hərbiçilərini oradan çəkməyəcəksə, eyni zamanda “Rusiya sülhməramlıları” həmin ərazidə mövcud olan seperatçıları və silahlı terrorçu dəstələrini təkisilah etməyəcəksə, silahları onlardan alınmayacaqsa, bu zaman Azərbaycanın yeganə seçim yolu antiterror əməliyyatlarına qalır”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistanın və Qarabağdakı separatçıların aktivləşməsini Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar Ermənistanın və Qarabağdakı separatçıların aktivləşməsi, təxribatlara əl atması, Azərbaycana qarşı beynəlxlaq təzyiqə nail olmaq cəhdləri vəziyyətin gərginliyindən xəbər verir.

Azərbaycan tərəfinin “səbr kasa”sının daşdığı zamanda hansı proseslər baş verə bilər? Rəsmi Bakı antiterror əməliyyatlarına başlaya bilərmi?

Mövzu ilə bağlı Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovun fikirlərini öyrənib.

Samir Hümbətov: “Əgər yaxın müddət ərzində hər hansı bir ciddi irəliləyiş olmasa, yəni Azərbaycanın tələbləri yerinə yetirilməsə, rəsmi Bakı məcbur olaraq antiterror əməliyyatları keçirəcək və həmin əraziləri tamamilə terrorçulardan təmizləyəcək”.

Rusiya pasportu alan seperatçıların oradan çəkib getməsi prosesiin başlandığını xatırladan politoloq Poliqon-a açıqlamaslnda qeyd edib ki, sepratçılar əslində ərazini tərk etmək istəyirlər:

“Son vaxtlar Azərbaycanın Qarabağ bölgəsində seperatçı rejim tərəfindən hələ də aktiv şəkildə təxribatlara meyil etmək niyyətləri görsənməkdədir və bunu edirlər də. Son məlumatlara görə Rusiya pasportu alan seperatçıların oradan çəkib getməsi prosesi başlayıb. Görünür ki, separatçılar artıq planlarının iflas etdiklərinin fərqindədirlər və ərazini tərk etmək istəyirlər. Amma yayılan videolardan o da görünür ki, bir hissə seperatçılar da orada aktiv şəkildə müdafiə postları qurmaq niyyətindədirlər. Bunun da səbəbkarı təbii ki, Rusiya hərbiçiləridirlər. Rusiya “sülhməramlıları” separatçılara terrorist fəaliyyətlərini davam etdirmək üçün şərait yaradır. Moskva 10 noyabr üçtərəfli bəyannamənin şərtlərini tamamilə pozur.

Azərbaycanın da tam legitim haqqıdır ki, öz ərazilərində olan terrorçuları, seperatçı şəxsləri oradan çıxarsın. Azərbaycan Qarabağda iki dəfə antiterror əməliyyatları keçirib. Bu əməliyyatlardan sonra seperatçıların təxribatları azalmışdı. Amma görünür ki, onlar yenidən aktivləşməyə doğru gedirlər.

Samir Hümbətov: “Yayılan videolardan görünür ki, bir hissə seperatçılar da orada aktiv şəkildə müdafiə postları qurmaq niyyətindədirlər”.

Əgər seperatçılar yenə də təxribatçı fəaliyyətlərinə davam edəcəklərsə, Ermənistan öz hərbiçilərini oradan çəkməyəcəksə, eyni zamanda “Rusiya sülhməramlıları” həmin ərazidə mövcud olan seperatçıları və silahlı terrorçu dəstələrini təkisilah etməyəcəksə, silahları əlimdən alınmayacaqsa, bu zaman Azərbaycanın yeganə seçim yolu antiterror əməliyyatlarına qalır.

Buna görə də hesab edirəm ki, hər şey baş verə bilər. Azərbaycan tərəfindən lazım olan addımlar atıla bilər. Hələ ki, rəsmi Bakı məsələyə səbrlə yanaşır. Əgər yaxın müddət ərzində hər hansı bir ciddi irəliləyiş olmasa, yəni Azərbaycanın tələbləri yerinə yetirilməsə, rəsmi Bakı məcbur olaraq prosesləri başlayıb antiterror əməliyyatları keçirəcək və həmin əraziləri tamamilə terrorçulardan təmizləyəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayram Yusifov “YAP”-a qarşı – Deputat olacağam….

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” - Video

156 nəfər deputatlığa namizədliyini irəli sürüb

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib - Yenilənib

"Tanrının Alla Puqaçovanın məsləhətinə ehtiyacı yoxdur" - Zaxarova

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - Foto, Yenilənib

Azərbaycanın iki rayonunda internetin işində yaranan problem həll olunub - Yenilənib

Pezeşkian verdiyi vədlərini yerinə yetirə biləcəkmi?

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu

Ən çox oxunanalar