Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Ermənistan münasibətləri daha da gərginləşərsə, Rusiya sülhməramlılarının Qarabağda qalması uzadıla bilər?..

Regiondakı gərginlik daha üst səviyyəyə daşınır və bu vəziyyətdə sülhün nə zaman bərqərar olacağını təxmin etmək çətinləşir...

Siyasi-şərhçi: “Hazırda dünyada qardaş Türkiyə, uzaq regiondakı Pakistan istisna olmaqla, heç bir ölkə tam olaraq, Qarabağ danışıqlarında sülh sazişinin əldə olunmasını istəmirlər”.

Azərbaycan tərəfi şimal qonşumuzu Türkiyənin əli ilə “razı salmağa” da çalışmalıdır. Əks təqdirdə Kreml öz xoşluğu ilə heç zaman Qarabağda sülhün əldə olunmasını istəməyəcək”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Azərbaycanla Ermənistan arasındakı münasibətlərin son halını Poliqon-a şərh edərkən qeyd edib.

ErmənistanAzərbaycan arasında saysız-hesabsız danışıqlar aparılsa da, müxtəlif beynəlxalq qurumlar münaqişənin həllinin sülhlə bərqərar olunmasında israr etsə də, “sülhsevər” qonşularımız öz xislətlərinə xas olaraq bütün anlaşmaları pozur. Belə olan halda regiondakı gərginlik daha üst səviyyəyə daşınır və bu vəziyyətdə sülhün nə zaman bərqərar olacağını təxmin etmək çətinləşir.

Bəs vəziyyət belə davam edərsə, Kreml sülhməramlıların səlahiyyət müddətini 5 il də uzada bilərmi?

Azərbaycanla Ermənistan arasında davam edən gərginlik fonunda Rusiya sülhməramlılarının aqibətini Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Azərbaycan çox təhlükəli və çətin bir regionda yerləşir. Xüsusilə, bizə ən böyük təhlükə şimal və cənub qonşularımızdan gəlir”.

Qarabağın Rusiya ilə Amerika arasında geosiyasi mübarizədə poliqon seçilməməli olduğunu vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bunun qarşısını mütləq almalı, qısa zamanda münaqişəni tarixə gömməliyik:

“Hazırda dünyada qardaş Türkiyə, uzaq regiondakı Pakistan istisna olmaqla, heç bir ölkə tam olaraq, Qarabağ danışıqlarında sülh sazişinin əldə olunmasını istəmirlər. BMT-nin son məlum iclası bir daha bir çox suallara cavab vermiş oldu. Düşünülə bilər ki, bəs Rusiyanın mövqeyi ən çox Azərbaycandan yana oldu. Razıyam, bizi qane edən, hətta deyərdim ki, bir az da təəccübləndirən mövqe sərgiləndi, Kreml tərəfindən. Amma unutmayaq ki, buna ən çox səbəb Amerika və Fransa başda olmaqla, digər ölkələrin Cənubi Qafqaza soxulmaq, bu regionda Rusiyanın təsir dairəsini tamamilə azaltmaq cəhdlərinin açıq-aşkar görünməsi idi.

Təəssüflər olsun ki, Azərbaycan çox təhlükəli və çətin bir regionda yerləşir. Xüsusilə, bizə ən böyük təhlükə şimal və cənub qonşularımızdan gəlir. İstənilən halda biz onların xislətlərinə və niyyətlərinə tam bələd olduğumuz üçün ehtiyatımızı saxlamalı, eyni zamanda, elə bir diplomatik gedişlər etməliyik ki, 2025-ci ilin noyabrında rus kontingentinin Qarabağda qalmasına zəmin yaranmasın, yaxud da bəhanələri qalmasın.

Düşünürəm ki, bu gün Azərbaycan tərəfinin apardığı düzgün, uğurlu xarici siyasət əslində bu yöndədir. Xüsusilə, qardaş Türkiyənin rəhbəri Ərdoğanın son olaraq, rus sülhməramlılarının vaxtları çatanda Qarabağı tərk edəcəkləri yönündə verdiyi açıqlamalar çox suallara cavab oldu, bir sözlə Rusiya tərəfinin ümidlərinin üstündən xətt çəkdi. Rəsmi Ankara bununla göstərdi ki, sülhməramlı adı altında Qarabağa yerləşdirilən rusların oradan çıxmasında maraqlıdır.

Cavanşir Abbaslı: “İkiüzlü Qərb, riyakar Rusiya heç zaman bizə səmimi olaraq yanaşmayacaqlar”.

Unutmamalıyıq ki, Rusiya ilə münasibətləri çox yaxın olan bir ölkə, yəni Türkiyə canı, qanı ilə bizə qardaşdır. Biz bu faktordan da vaxtı çatanda yararlanacağıq. Hesab edirəm ki, hazırda diqqətimizdən təbii ki, rus sülhməramlılarının müddətlərinin getdikcə bitdiyini çıxarmamalı, eyni zamanda, sülh sazişinin əldə olunması üçün cəhdlərimizi daha da artırmalıyıq. Hazırda Amerika bu sazişin əldə olunmasında maraqlıdır. O da Azərbaycana görə deyil, öz dövlət maraqlarına görədir. Çünki, Cənubi Qafqazda nüfuz qazanması şansını bunda görür. Yaxşı bilir ki, Rusiyanın Qarabağ danışıqlarında hegemon olduğu sürəcdə bu niyyətini gerçəkləşdirə bilməyəcək. Rusiya da bunu bilməmiş deyil və bütün imkanları ilə sülhə mane olmağa çalışır.

Düşünürəm ki, Azərbaycan tərəfi şimal qonşumuzu Türkiyənin əli ilə “razı salmağa” da çalışmalıdır. Əks təqdirdə Kreml öz xoşluğu ilə heç zaman Qarabağda sülhün əldə olunmasını istəməyəcək. Yekun olaraq, Qarabağ Rusiya ilə Amerika arasında diplomatik masada poliqon seçilməməlidir. Bunun qarşısını mütləq almalı, qısa zamanda münaqişəni tarixə gönməliyik. Hətta bunun üçün Qarabağda antiterror əməliyyatlarına da belə başlamalıyıq. Çünki, unutmamalıyıq ki, ikiüzlü Qərb, riyakar Rusiya heç zaman bizə səmimi olaraq yanaşmayacaqlar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar