Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Nigerdə hərbi mövcudluğunu saxlamaq üçün cəhdləri...

Niger hərbçiləri hakimiyyəti devrilmiş prezident Mohamed Bazuma qaytarmaqdan imtina etsə belə,Bayden administrasiyası regionda terrorizmlə mübarizəni davam etdirmək üçün ABŞ qoşunlarını Nigerdə saxlamağın yollarını axtarır...

Poliqon xəbər verir ki, bu barədə CNN cümə axşamı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

“Pentaqon, Dövlət Departamentinin Nigerdəki hadisələri dövlət çevrilişi kimi tanısa da, təhlükəsizlik sahəsində Niger hərbçiləri ilə qarşılıqlı əlaqədə olmaq, ilk növbədə kəşfiyyat məlumatlarının toplanmasına davam etmək üçün hansı səlahiyyətlərdən istifadə edə biləcəyini qiymətləndirir”, deyə telekanal xəbər verir.

Kanal qeyd edib ki, administrasiya ABŞ hərbçilərinə Nigerdə bəzi əməliyyatların davam etdirilməsi üçün xüsusi icazənin verilməsi imkanını nəzərdən keçirib.

Pentaqonun sözçüsü CNN-ə deyib ki, onlar hələ də diplomatiyaya şans verirlər:

“Biz hələ də diplomatiyaya şans verərək, Nigerdəki ABŞ personalını və qurğularını qorumaq üçün hərəkətə keçsək də, oradakı mövqeyimiz dəyişməyib və biz həm demokratiya, həm də təhlükəsizlik sahəsində məqsədlərimizə çatmaq üçün addımları nəzərdən keçiririk”, deyə mənbə qeyd edib.

Mənbə vurğulayıb ki, Nigerdə antiterror əməliyyatlarını davam etdirmək üçün ABŞ Birləşmiş Ştatlarda təlim keçmiş yerli əsgərlərin dəstəyini almağa ümid edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Ən çox oxunanalar