Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan millisinin voleybolçusu: “Avropa çempionatında mübarizəyə köklənmişik”

“Komandada ab-hava yaxşıdır, tam olaraq mübarizəyə köklənmişik”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Avropa çempionatı ilə bağlı danışarkən deyib.

28 yaşlı oyunçu artıq avqustun 18-dəki ilk oyunun hazırlıqlarına başladıqlarını bildirib:

“Düsseldorfa gəldiyimiz gün istirahət etdik. Hotelə yerləşdikdən sonra şəhəri gəzdik. Bir gün sonra isə məşqləri bərpa etdik. Səhər məşqində fitnes hazırlığı oldu. Axşam isə topla çalışmalara üstünlük verdik. Artıq ilk rəqibimiz olan Çexiya yığmasını təhlil etməyə başlamışıq”.
Yelizaveta Ruban baş məşqçinin bu qarşılaşma üçün müəyyənləşdirdiyi taktikanı mənimsəməyə çalışdıqlarını diqqətə çatdırıb:

“Əlbəttə, ümumilikdə çətin olacaq. Çünki ardıcıl beş oyun keçirəcəyik. Arada yalnız bir gün fasilə olacaq. Amma təbii ki, bütün komandalar üçün durum eynidir. Hamının hədəfi qrup səddini adlamaqdır. Qarşılaşmalar çox maraqlı olacaq. Fanatlardan bizi izləməyi və azarkeşlik etmələrini istəyirəm”.

Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar