Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın ərazi güzəştləri qarşılığında NATO-ya üzvlüyü müzakirə edilir?..

ABŞ Rusiyaya ərazi güzəştləri müqabilində Ukraynanın NATO-ya daxil olması imkanını müzakirə etmir...

Poliqon xəbər verir ki, bunu Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Belə bir şey yoxdur. Biz artıq üzvlük yolu tapmağa kömək etmək barədə danışmışıq. Biz açıq şəkildə NATO-nun Ukraynanın gələcəyi olacağını demişik və Vilnüsdə keçirilən sammitdə Alyans bu ideyanı, mümkün üzvlük üçün yol xəritəsi hazırlana biləcəyi fikrini dəstəkləyib", deyə Kirbi bildirib.

ABŞ rəsmisi əlavə edib ki, indi əsas diqqət Ukraynaya Rusiyanın təcavüzünü dəf etmək və onun onlara məxsus olan ərazilərini geri almağa kömək etmək üzərində cəmlənməlidir:

"Və onlar bunu edirlər. Hər gün irəliləyişə nail olurlar. Hətta onlar bunun istədikləri qədər uzaq və ya sürətli olmadığını söyləyib, lakin irəliləyiş əldə edirlər. Və biz onları dəstəkləməyə davam edəcəyik".

Qeyd edək ki, bir müddət əvvəl NATO kanslerliyinin rəhbəri Stian Yenssen Ukraynanın ərazisinin bir hissəsinin Rusiyaya güzəştə getməsi müqabilində Alyansa üzv ola biləcəyini təklif edib. Onun sözlərinə görə, bu, Ukraynada müharibənin başa çatmasının bir hissəsi ola bilər.

Poliqon.info


Etiket: Ukrayna NATO


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar