Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nicat Abasov qazandığı qələbədən danışıb: “Möhtəşəm duyğudur”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinala vəsiqə qazanan Azərbaycan təmsilçisi Nicat Abasov turnirin rəsmi saytına açıqlama verib...

"Report"un məlumatına görə, iti zəka sahibi 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoş üzərində qələbədən danışıb.

O, cavab oyununa adi qaydada hazırlaşdığını vurğulayıb: "Xüsusi hazırlıq olmayıb. Oyun vaxtı konsentrasiyanı saxlamağa çalışırdım. Rəqib müəyyən səhvlər etdi, bu vəziyyət təşəbbüsü ələ almağıma şərait yaratdı. Nəticədə qalib gələrək mübarizəni davam etdirmək imkanı qazandım. Əlbəttə, turnirdən öncə bu qədər irəliləyəcəyimi gözləmirdim. Amma insanların dəstəyi, şahmat həvəskarlarının göstərdiyi diqqət mənə əlavə güc verir. Hamıya təşəkkür edirəm. Azərbaycan xalqının dəstəyini hiss edirəm. Möhtəşəm duyğudur. Bu dəstək mənə stimul verir. Yorulanda çıxışımla bağlı yazılan dəstək sözlərini oxuyuram, bir qədər dincəlmiş oluram”.

İstirahət günü barədə xüsusi planın olmadığını deyən şahmatçı yarımfinal barədə fikirlərini bildirib: “Maqnus Karlsenlə klassik şahmat oynamamışam. Yoldaşlıq oyunları olub. Yəni rəsmi turnirlərdə klassik partiyada mübarizə aparmamışıq. Əlimdən gələni etməyə çalışacam. Ümid edirəm ki, yaxşı olacaq”.

Qeyd edək ki, Dünya Kubokunda yarımfinal oyunları avqustun 19-da başlayacaq. Nicat Abasovun rəqibi dünya reytinqinin lideri Maqnus Karlsen (Norveç) olacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Ən çox oxunanalar