Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin köməkçisi: "Ermənistanın addımları sülh danışıqlarına və normallaşmaya mənfi təsir göstərir"

"Ermənistanın addımları sülh danışıqlarına və iki ölkə arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərir".

“Report”un Ağdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu xarici diplomatların Ağdama səfəri çərçivəsində onlara Ağdam-Xankəndi yolu barədə məlumat verən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Bərdə-Ağdam-Xankəndi yolu tarixən daima fəaliyyət göstərib: "Ona görə də səfərimizi bilavasitə Bərdə-Ağdam-Xankəndi yolundan başladıq. Bu səfər çərçivəsində Ağdamda həyata keçirilən yenidənqurma işləri ilə tanış olacağıq. Bərdə-Ağdam-Xankəndi yolu tarixən daima fəaliyyət göstərib, dağlıq hissəni Aran hissəsi ilə birləşdirib. Hətta 1972-ci ildə Heydər Əliyevin göstərişi ilə burada dəmiryolu xətti salınıb. Yol mədəniyyət və sivilizasiyadır. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra ilk gördüyü iş dövlət başçısının göstərişi ilə ərazilərin bərpasına başladı. Bu yollar Qarabağın ermənilər yaşayan hissəsinə qədər çəkilir və hazırda üzərində dayanmışıq. Biz həm də Ermənistan istiqamətinə avtomobil və dəmir yolları çəkirik. Biz maneələr yox, məhz yollar qururuq. Məhz bu gün üzərində dayandığımız yolu da Qarabağın erməni sakinlərinin Azərbaycanın iqtisadi, siyasi sosial inteqrasiyası kimi görürük. Biz Laçın yolunu inkar etmirik, amma digər yolların olması da yaxşı imkandır. Eyni zamanda Azərbaycan yüklərin çatdırılması üçün Füzuli-Şuşa yolunu da təklif etmişdi. Hətta Azərbaycanın guya yolları blokladığını iddia etdilər. Halbuki Azərbaycan təkcə avtomobil deyil, dəmir yolları da açır".

H.Hacıyev bildirib ki, hazırda reinteqrasiyadan başqa yol yoxdur: "Azərbaycan Qarabağ ermənilərini öz vətəndaşları kimi görür, onların konstitusional hüquqlarını təmin edir. Amma Ermənistan Azərbaycanın bu addımlarına cavab vermək əvəzinə, Qarabağda yaratdığı separatçı rejim vasitəsilə proseslərə maneə yaradır. Bu da sülh danışıqlarına və iki ölkə arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərən məsələdir. Onlar beynəlxalq təbliğata da başlayıblar, amma faydasızdır. Bu gün məsələ BMT Təhlükəsizlik Şurasında da müzakirə olunacaq. Halbuki BMT TŞ-nin 4 qətnaməsi 25 il masa üzərində qalmışdı və Azərbaycan torpaqlarının işğalını müzakirə edə bilməmişdi, amma indi Ermənistanın əsassız iddialarını müzakirəyə çıxarır. Bir daha bildiririk ki, bu yol Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə istənilən humanitar yükün, o cümlədən Azərbaycandan yardımların daşınması üçün açıqdır".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay