Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Podolyak: Bizə danışıqlara yox, raketdən müdafiə sistemləri lazımdır...

Ukraynanın Rusiya ilə danışıqlara deyil, səmanı bağlamaq üçün raketdən müdafiə sistemlərinə ehtiyac var...

Poliqon xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Ukrayna rəsmisi Rusiya tərəfinin Lvov, Lutsk və Dneprdə törətdiyi gecə hücumlarını şərh edib:

“Bizə raketdən müdafiə sistemləri və “qapalı səma” lazımdır, nəinki “sakitləşdirmə/danışıqlar”, deyə Podolyak vurğulayıb.

Qeyd edək ki, avqustun 15-nə keçən gecə bütün Ukrayna ərazisində hava xəbərdarlığı elan edilib. Yerli media Lvov, Lutsk və Dneprdə partlayışlar barədə yazıb. Volın vilayətinin administrasiyasının rəhbəri Yuri Poqulyaiko bildirib ki, Lutskda sənaye müəssisəsinə raket hücumu nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Dnepropetrovsk vilayəti administrasiyasının rəhbəri Sergey Lısakın sözlərinə görə, gecə saatlarında Dneprdə sənaye müəssisəsinə zərbə endirilib. Onun sözlərinə görə, hücumdan sonra 800 kvadratmetr sahədə yanğın başlayıb və 2 nəfər yaralanıb.

Lvov vilayəti administrasiyasının rəhbəri Maksim Kozitski bildirib ki, raket parçaları yaşayış binalarına düşüb. Nəticədə, yanğın olub, qurbanlar var. Administrasiya rəhbəri yaralıların sayını açıqlamayıb.

Rusiya Müdafiə Nazirliyi hücumlarla bağlı məlumatı şərh etməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar