Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

100 rubl artıq 1 dollar deyil…

Lakin bu son hədd də deyil. Ekspertlər hesab edir ki, , rubl 115-120 rubl/$1 səviyyəsinə qədər zəifləyə bilər…

Bazar ertəsi səhər Moskva birjasında ABŞ dolları və avro durmadan yüksəlir.

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, dollar 23 mart 2022-ci ildən bəri ilk dəfə 101 rublu ötüb, avro 111 rubla doğru dəyişdirilir.

“İnterfax” Agentliyi yazır ki, ABŞ dollarının məzənnəsi Moskva vaxtı ilə saat 11:14-də 101,02 rubl/$1 təşkil edib ki, bu da əvvəlki ticarət bağlanışının səviyyəsindən 1,59 rubl yüksəkdir. Avro bu vaxta qədər 1,98 rubl bahalaşaraq 110,76 rubl/1EUR təşkil edib. İkili valyuta səbətinin dəyəri (0,55 dollar və 0,45 avro) 1,76 rubl artaraq 105,4 rubl təşkil edib.

“Alor Broker”in investisiya konsaltinqinin rəhbəri Aleksey Antonov hesab edir ki, əsas amillər Rusiya valyutasına qarşı hələ də oynayır. Ekspert qeyd edib ki, rubl 115-120 rubl/$1 səviyyəsinə qədər zəifləyə bilər.

"Yeni həftə rublun davamlı zəifləməsi ilə başladı. Dollar-rubl cütlüyü həddən artıq alınıb, lakin indi bu alətə texniki amillərə o qədər də əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, möhtəkirlərin valyuta bazarında ciddi rol oynamaması imkan verməmək lazımdır”, deyə ekspert qeyd edib.

Antonova görə, fundamental faktorlar rubla qarşı oynamaqda davam edir:

“Rublun eniş dövrünü başa vurmaq üçün idxalın azaldılmasını və ya monetar orqanlardan qəti addımlar gözləmək lazımdır. Bu amillər ortaya çıxana qədər biz məzənnənin ucuzlaşmasını istisna etmirik”, deyə ekspert vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video

Ən çox oxunanalar