Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: Dünyada COVID-19 yoluxmalarının sayı bir ayda 80% artıb...

İyulun 10-dan avqustun 6-dək qeydə alınan COVID-19 hadisələrinin sayı əvvəlki 28 günlə müqayisədə 80% artıb...

Poliqon-nun məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji xülasəsindən belə çıxır ki, koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 57% azalıb.

Dünya üzrə iyulun 10-dan avqustun 6-dək COVID-19-a təxminən 1,5 milyon yeni yoluxma və infeksiya nəticəsində 2,5 mindən çox ölüm halı qeydə alınıb. 28 gün ərzində 234 ölkədən 103-ü (44%) ÜST-ə ən azı bir COVID-19 hadisəsi barədə məlumat verib. 6 avqust 2023-cü il tarixinə bütün dünyada 769 milyondan çox təsdiqlənmiş hadisə və 6,9 milyondan çox ölüm olub.

28 gün ərzində yeni bildirilmiş halların sayı ÜST-nin altı regionundan beşində azalıb: Afrika (-77%), Cənub-Şərqi Asiya (-57%), Şərqi Aralıq dənizi (-50%), Avropa (-46%), Şimali və Cənubi Amerika (-42%). Bununla belə, Qərbi Sakit okean regionunda yoluxmaların sayı 20% artıb.

Göstərilən müddət ərzində sakinləri koronavirus infeksiyasından ölən ölkələr arasında birinci yeri Braziliya tutur (500 ölüm, -42%). Onu Cənubi Koreya (340 ölüm, +91%), Rusiya (205 ölüm, -52%), Peru (161 ölüm, -61%) və Avstraliya (151 ölüm, -82%) izləyir.

Avqustun 10-da Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının "Omikron" ştammının yeni variantının - EG.5 "Eris"in dünyada sürətlə yayılmasını elan edib. İlk dəfə EG.5 ştammı fevralın 17-də qeydə alınıb. Eyni zamanda, ÜST hesab edir ki, koronavirusun yeni versiyası “qlobal səviyyədə” əhali üçün böyük risk yaratmır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar