Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçrə Ukraynaya silah vermədi, dövlət şirkətinin rəhbəri istefa verdi...

İsveçrənin ən böyük silah şirkətinin rəhbəri hakimiyyətin Ukraynaya silah verməkdən imtina etməsi səbəbindən istefa verib...

İsveçrənin dövlət hərbi-sənaye holdinqi “Ruag MRO Holding”in baş direktoru Bricit Bek istefa verib.

Poliqon xəbər verir ki, buna səbəb hakimiyyətin Ukraynaya silah verməkdən imtina etməsi olub.

Xanım Bricit Bek öz şirkətinin məhsullarını Ukraynaya təkrar ixrac etmək üçün qonşu Avropa ölkələrinə icazə vermək hüququ axtarsa da, ölkənin neytral statusunu müdafiə edən hakimiyyət buna qəti etiraz edib. Nəticədə o, istefaya getməyə məcbur olub.

İsveçrədə bu ölkənin istehsal etdiyi silahların Ukraynaya təkrar ixracına icazə verib-verməməsi ilə bağlı mübahisələr səngimir. İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) məlumatına görə, ötən il İsveçrə 60 ölkəyə 955 milyon frank məbləğində hərbi məhsul ixrac edib ki, bu da son 40 ildə rekord göstəricidir. İsveçrənin avropalı müştəriləri arasında silahların təkrar ixracı üçün icazə tələb edən Almaniya, Danimarka və İspaniya da daxil olmaqla 25 ölkə, eləcə də bu cür tələblərin gələ biləcəyi Fransa, İtaliya və Polşa var. Növbəti sırada ABŞ və Böyük Britaniya gəlir.

“Ruag MRO Holding” hərbi-sənaye holdinqi silah və texnika hazırlayan və istehsal edən bütün İsveçrə müəssisələrini birləşdirir. 1995-ci ildə onları bir araya gətirmək qərarına gəlinib. Onların yeganə səhmdarı İsveçrə Konfederasiyasıdır. Bu səbəbdən də holdinqin direktoru biznesmendən daha çox dövlət məmurudur. Bricit Bek holdinqə bir il əvvəl - 2022-ci ilin sentyabrından rəhbərlik edib və o vaxtdan bəri o, iki dəfə hökumətin ölkənin Rusiya-Ukrayna münaqişəsindən uzaq durması ilə bağlı fikirlərinə qarşı çıxıb.

Əvvəlcə xanım Bek İsveçrənin “CH Media” nəşriyyat qrupuna müsahibə verib və orada hökumətin silah siyasətini tənqid edib. Onun fikrincə, bu, Avropa ölkələrinin Kiyevə yardım etmək istəyi ilə ziddiyyət təşkil edir. Və sonra, mayın əvvəlində o, İsveçrənin neytrallığına dair dəyirmi masada iştirak edib, Almaniya və İspaniyaya müraciət edərək, onları İsveçrənin silahların təkrar ixracına vetosuna məhəl qoymamağa çağırıb.

İsveçrənin İqtisadiyyat naziri və eks-prezidenti Qay Parmelin bildirib ki, ölkənin məqsədi hər hansı döyüşən tərəfə fəal dəstək vermək deyil. Ukraynaya təkrar ixraca icazə verməklə biz münaqişənin bir tərəfində hərəkət edəcəyik və qanunu pozacağıq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar