Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahzadə Harri “Kral Əlahəzrətləri” titulundan məhrum edilib

Böyük Britaniyanın kral ailəsinin rəsmi saytı Şahzadə Harrinin “Kral Əlahəzrətləri” titulunu yığışdırıb...

Kral ailəsinin hər bir üzvünün yer aldığı “The Royal Family” (Kral Ailəsi) bölməsində Şahzadə Harri və Meqan Marklın adları səhifənin aşağısına köçürülüb.

Məlumata görə, bu, Şahzadə Harri və Meqan Marklın kral ailəsinin işləyən üzvlərinin vəzifələrini buraxaraq Böyük Britaniyadan ABŞ-yə köçdükdən üç il sonra baş verib.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayında Şahzadə Harri və Meqan Markl krallıq vəzifələrindən istefa verib, kral statuslarını itiriblər. Sasseks hersoqu “Kral ailəsinin “böyük” üzvlərinin fəaliyyətindən uzaqlaşmaq və daha çox maliyyə cəhətdən müstəqil olmaq üçün işə başlamaq niyyətindəyik”, - deyə bildirib.
2021-ci ilin martında Şahzadə Harri və Meqan Markl məşhur amerikalı aparıcı Opra Uinfriyə qalmaqallı müsahibə verərək, kral ailəsini laqeydlik, daimi təzyiq və irqçilikdə ittiham ediblər. O vaxtdan bəri hersoqlarla Kral III Çarlz və onun qohumları arasında münasibətlər gərgin olaraq qalır. Şahzadə Harri bir sıra səmimi müsahibələr verdikdən və özünün avtobioqrafik “Spare” kitabını buraxdıqdan sonra vəziyyət daha da gərginləşib.

Hazırda Şahzadə Harri həyat yoldaşı və iki uşağı ilə birlikdə ABŞ-də yaşayır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Bu insanlar münasibəti idarə etməyi sevirlər - Dominant bürclər

Ən çox oxunanalar