Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da Kolumbiyanın ən çox axtarılan narkobaronuna 45 il həbs cəzası verildi...

Kolumbiya hakimiyyəti onu Pablo Eskobarla müqayisə edirdi...

Poliqon xəbər verir ki, Nyu-York məhkəməsi Kolumbiyanın “Gulf Clan” narkotik kartelinin keçmiş rəhbəri, “Otoniel” ləqəbli Dayro Usuqu 45 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Dayro Usuqu Kolumbiyanın ən çox axtarılan narkobaronu olub. Kolumbiya prezidenti İvan Duke onu narkobaron Pablo Eskobarla müqayisə edib.

“Bu gün səhər saatlarında Bruklin federal məhkəməsində rayon hakimi Dora İrizarri narkotik alveri ilə məşğul olan və milyardlar qazanan hərbiləşdirilmiş qrupun liderinə cinayət fəaliyyətinə görə “Otoniel” də daxil olmaqla müxtəlif ləqəblərlə tanınan Kolumbiya vətəndaşı Dayro Antonio Usugu Davaidi 45 il həbs cəzasına məhkum etdi”, deyə ABŞ Ədliyyə Nazirliyi bildirib.

Məhkəmə həmçinin Dayro Usuqanı narkotiklə əlaqəli daha iki cinayətdə də təqsirli bilib. O, Hər bir cinayətə görə o, 45 il müddətinə azadlıqdan məhrum edilib, lakin bütün müddətlər eyni vaxtda hesablanacaq. Məhkəmə həmçinin narkobaronU 216 milyon dollar ödəməyə məcbur edib.

Qeyd edək ki, “Gulf Clan”ının (Körfəz Klanını) rəhbəri 2021-ci ilin oktyabrında saxlanılıb. Ötən ilin mayında ABŞ-a təhvil verilib. O, 2023-cü ilin yanvarında hər üç ittiham üzrə özünü təqsirli bilib. 2015-ci ildə 1200 Kolumbiyalı polis baronu axtarıb. Elə həmin il Kolumbiyada onun axtarışı üçün keçirilən əməliyyatda polis əməkdaşlarının iştirak etdiyi helikopter qəzaya uğrayıb, 18 nəfər ölüb.

“Gulf Clan” karteli Kolumbiya hakimiyyəti tərəfindən ölkənin ən güclü cinayətkar qruplaşması adlandırılıb. Bu klan “ağır silahlı və son dərəcə qəddar” kimi təsvir edilir. Kartel üzvləri narkotik və insan qaçaqmalçılığı, qeyri-qanuni qızıl hasilatı ilə məşğul olurlar. “Körfəz Klanı” Rusiyaya da daxil olmaqla bir çox narkotik tədarükü marşrutlarına nəzarət edirdi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar