Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yevlaxda ermənilərlə kimlər görüşəcək? - “Bir neçə rəsmi şəxs və deputat...”

Azərbaycan hökumət nümayəndələrinin Qarabağ erməniləri ilə Yevlaxda görüş xəbəri yayıldıqdan sonra erməni tərəfi hələlik bunu təsdiq etməyib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Analitik Qarabağın erməni icması ilə Yevlaxda keçirilməsi planlaşdırılan görüşlərdən söz açıb.

E. Şahinoğlu xatırladıb ki, daha öncə biz onlara Bakıda belə bir görüşün keçirilməsini təklif etsək də, razılaşmadılar:

“Daha sonra ikinci dəfə də bu təklifi təkrarlasaq da, yenə də gəlmək istəmədilər. İndi isə Yevlaxda görüş təklifini irəli sürmüşük və onlar artıq razılaşmağa yaxındırlar. Yevlax məsafə baxımından Xankəndiyə də yaxındır”.

Siyasi analitik aydınlaşdırıb ki, ermənilərin istədiyi baş tutmayacaq:

“Çünki onlar istəyirdilər ki, görüş neytral zonada və üçüncü tərəfin iştirakı ilə olsun. Neytral zonada isə bu görüş ola bilməz, çünki bu, daxili məsələmizdir və Azərbaycan daxilində olmalıdır. Üçüncü tərəfin iştirakına da ehtiyacımız yoxdur. Çünki rus hərbi kontingenti həmin görüşdə iştirak etməyəcək”.

Siyasi təhlilçi deyib ki, Azərbaycan tərəfdən görüşdə iştirak edən şəxslər onsuz da əvvəldən müəyyənləşdirilib:

“Bu, bir deputat və bir neçə rəsmi şəxsdir. Əslində, biz separatçılarla görüşmürük və onlarla təmas qurmuruq, amma oradan separatçı olmayan kimlərisə özləri üçün nümayəndə heyətinin üzvü seçsələr, gözəl olar. Çünki əvvəllər də belə görüşlər olub. Bu görüş də Xocalıda keçirilən sonuncu görüşün davamı kimi qiymətləndirilə bilər”.

“Amma bu, o demək deyil ki, biz bu görüşdən nəticəyə ümid edə bilərik. Nə qədər ki separatçılar tərksilah olunmayıb və nə qədər ki biz Qarabağın tamamına nəızarət yetirmirik, onda bu məsələlərin danışıqlar yolu ilə həllini gözləmək bir az çətindir. Onlar ancaq güc yolunu başa düşürlər. Əlbəttə ki, biz görüşləri davam etdirməli və ermənilərə anlatmalıyıq ki, tərksilah olunsunlar. Amma tərksilah olmayacaqlarsa, onlara ikinci seçimi də təqdim etmişik. Azərbaycan qanunları ilə yaşamaq istəmirsinizsə, Azərbaycanı tərk etmək məcburiyyətində qalacaqsınız”, – müsahibimiz fikirlərini tamamlayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay