Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ana südünün tərkibi zaman keçdikcə dəyişə bilər

Son araşdırmalara görə, ana südündə kök hüceyrələr aşkarlanıb ki, bu da körpələrdə orqan və toxumaların bərpasına kömək edir...

Bu barədə Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı İlhamə Mirzəyeva nazirliyin rəsmi “Instagram” səhifəsində ana südü ilə bağlı məlumat verərkən deyib.

O bildirib ki, heç bir süni qidanın keyfiyyətini müqayisə edib, yaxşı və ya pis qiymətləndirmək düzgün deyil:

“Amma deyə bilərəm ki, ana südü uşaq üçün əvəzolunmaz qidadır. Körpələrinizin sağlam gələcəyi üçün onları mütləq ana südü ilə qidalandırın. Ana südünün tərkibi körpələri bir çox xəstəliklərdən qoruyacaq immunitet formalaşdırır. Uşaq doğulandan sonra ananın sinəsi üzərinə qoyulmalı və ana südü ilə qidalandırılmalıdır. Ana südünün ilk saatlardakı tərkibi ilə sonrakı günlərdəki tərkibi istehlak edilən qidalara görə dəyişir.

Uşaq doğulandan sonra anada yaranan süd uşaq üçün çox faydalıdır və körpədə bir çox infeksion xəstəliklərə qarşı immunitet yaradır. Buna görə əks göstəriş yoxdursa, körpə doğulandan sonra yarım saat içərisində ana südü ilə qidalandırılmasını tövsiyə edirik”.
Həkim qeyd edib ki, ümumiyyətlə körpələr altı ayına kimi yalnız ana südü ilə qidalanmalıdırlar:

“Söhbət tam vaxtında dünyaya gəlmiş körpədən gedirsə, o uşaqlar gün ərzində yeddi-səkkiz dəfə qidalanmalıdır. Amma çəkisi az olan, vaxtından erkən doğulan uşaqlar isə nisbətən çox, təxminən 10-12 dəfə qidalandırılmalıdır. Ümumiyyətlə isə uşaqlara dörd ayından etibarən tərkibində qlüten olmayan qidalar, sıyıqlar da vermək olar. Amma yavaş-yavaş, çay qaşığı həcmində başlamaq tövsiyə edilir”.

Poliqon.info


Etiket: Ana südü


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Ən çox oxunanalar