Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinlə dostluq Siyə baha başa gəlir - Çin 1 trilyon dollarlıq layihədə avropalı tərəfdaşlarını itirir...

Əksər Avropa ölkələri Pekinin 1 trilyon dollarlıq “Bir Kəmər və Yol” layihəsi ilə bağlı təşkil etdiyi foruma qatılmayacaq...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşrinin analitik məqaləsində bildirilir. Qəzet yazır ki, Çin 1 trilyon dollarlıq layihədə bütün avropalı tərəfdaşlarını itirməkdədir.

Pekin bu il COVID-19 pandemiyasından sonra ilk “Bir Kəmər, Bir Yol” Forumunu keçirməyi planlayır. Çin prezidenti Si Tsinpin tərəfindən başlanan və bəzi hesablamalara görə 1 trilyon dollar investisiya cəlb edə biləcək nəhəng layihə Asiyanı Avropa, Afrika və Latın Amerikası ilə yeni dəmir yolu, avtomobil yolları, limanlar, boru kəmərləri şəbəkəsi və digər infrastruktur obyektləri ilə birləşdirməyinəzərdə tutur.

WSJ qeyd edir ki, beş il əvvəl bəzi Avropa ölkələri “Bir Kəmər, Bir Yol” təşəbbüsündə fəal iştirak edirdi.

Nəşrin yazdığına görə Aİ liderlərindən heç biri Sinin Forumuna qatılmayacaq. İmtinanın rəsmi səbəblərindən biri isə Forumda Rusiya prezidenti Vladimir Putinin planlaşdırılan iştirakıdır. Nəşrin yazdığına görə, Almaniya, Fransa, Çexiya, Yunanıstan dövlət başçıları da bu forumda iştirak etməyi planlaşdırmırlar və ola bilsin ki, İsveçrə də iştirakçı qismində təmsil olunmayacaq. Yunanıstan və İtaliyanın Çinin “Bir Kəmər Bir Yol” təşəbbüsünün iştirakçıları olmasına baxmayaraq, ötən illərdə bir çox digər Avropa dövlətlərinin nümayəndələri də Forumlarda iştirak ediblər.

WSJ yazır ki, yaranmış vəziyyət Çin layihəsinin açıq şəkildə “büdrədiyini” göstərir. ABŞ 2022-ci ildən sonra Avropa üzərində nəzarətini gücləndirib ki, bu da avropalıların indi belə layihələrə daha az maraq göstərməsi deməkdir. Çinin ticari təşəbbüslərində nümayişkaranə imtina isə bu qlobal layihənin gələcəyini şübhə altında qoyur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar