Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın taxıl blokadasını ilk dəfə İsrail gəmisi yardı - Foto 

Rusiyanın Qara dənizdəki taxıl blokadasını ilk dəfə İsrail mülki gəmisi yarıb.

Bu barədə “Militarnıy” nəşrində yazı dərc olunub.

Məlumata görə, iyulun 30-na keçən gecə “Ams1”, “Şahin-2” və “Yılmaz Kaptan” adlı üç mülki gəmi Türkiyə boğazlarından keçib. İsrail, Yunanıstan və Türkiyə/Gürcüstana məxsus olan bu gəmilərin AIS vasitəsilə təyinat nöqtəsi Ukrayna olaraq qeyd edilib.

İyulun 31-də isə “Ams1” Rusiyanın təhdidlərinə məhəl qoymayaraq Dunay çayının Ukrayna qoluna daxil olub.

“Bu, iyulun 25-də Reni limanının bombalanmasından sonra Rusiyanın Qara dənizdə blokadasını yaran ilk gəmidir. Səfərə İsrailin Aşdod şəhərindən başlayan gəmi açıq şəkildə hədəfini - Ukraynanı elan edib və birbaşa kursla Qara dənizi keçib”, - deyə yazıda qeyd edilib.

Amerikanın P8 gəmi əleyhinə təyyarəsi gəminin təhlükəsizliyini təmin edib. O, birbaşa Rumıniya səmasında yanacaqla doldurulur. Əlavə məlumat isə “Forte12 RQ-4” kəşfiyyat pilotsuz təyyarəsi tərəfindən təmin olunur.

 
“Ams1”dən sonra Dunayda lövbər salmış və ya yaxın zamanda lövbər salacaq daha dörd gəmi gəlir.

Xatırladaq ki, iyulun 17-də Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını nəzərdə tutan “Taxıl sazişi”ndən çıxdığını rəsmən elan edib. Rusiya hərbçiləri Ukraynanın liman infrastrukturuna və taxıl anbarlarına raket və pilotsuz təyyarələrlə zərbələr endiriblər.

Bundan əlavə, Rusiya Federasiyası Qara dəniz vasitəsilə Ukrayna limanlarına gedən mülki gəmiləri silah və sursat daşıdıqlarını əsas gətirərək batıracağını açıqlayıb. (oxu.az)

Fotolar

Poliqon.info 


Etiket: Gəmi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar