Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Türkiyə ilə birgə əczaçılıq zavodu tikəcək - Video

Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Pirallahı Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalara əsaslanan, illik istehsal gücü ilkin mərhələdə 35 milyon qutu təşkil edəcək yeni zavod tikiləcək.

Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb.

Bununla əlaqədar təşkil edilmiş tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində bu gün ən yüksək zirvədədir. Siyasi əlaqələrin yüksək səviyyədə olması biznes fəaliyyətinin də gücləndirilməsinə möhkəm zəmin yaradır, birgə təşəbbüslər uğurla reallaşdırılır.

Nazir bildirib ki, Azərbaycanda əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə əczaçılıq sənayesinin inkişafı məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında bir sıra güzəştlər tətbiq olunur. Azərbaycan İnvestisiya Şirkəti və Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında Pirallahı Sənaye Parkında əczaçılıq məhsulları zavodunun tikilməsi layihəsi reallaşdıqdan sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq. Zavodda 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumi 100 növ məhsulun istehsalı nəzərdə tutulub. Layihənin ilkin investisiya dəyəri 35 milyon dollar təşkil edir və layihə çərçivəsində 100-dən artıq daimi iş yeri yaradılacaq.

“Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkətinin Direktorlar Şurasının sədri Abidin Gülmüş təmsil etdiyi şirkətin ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edib, dərman istehsalı ilə bağlı həyata keçirilən birgə layihənin xalqlarımızın rifahına töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan İnvestisiya Şirkəti”ASC-nin icraçı direktoru Ülvi Mansurov dərman istehsalı zavodunun tikintisi layihəsi barədə məlumat verib, zavodun ölkəmizdə əczaçılıq məhsullarına olan tələbatın ödənilməsi ilə yanaşı, idxaldan asılılığın azaldılmasında əhəmiyyətli olacağını bildirib.

 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də xarici investorlar üçün yaradılmış əlverişli normativ-hüquqi baza barədə məlumat veriblər.

Tədbirdə Pirallahı Sənaye Parkında yaradılacaq dərman istehsalı müəssisəsinə dair videoçarx nümayiş olunub.

Sonra AİŞ və “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən, investisiya layihəsi çərçivəsində Türkiyənin GEN İlaç ve Sağlık Ürünleri A.Ş. ilə birgə Pirallahı Sənaye Parkının 7 ha ərazisində 11 500 kvadratmetr sahədən ibarət və illik istehsal gücü ilkin mərhələdə 35 milyon qutu nəzərdə tutulan dərman vasitələrinin istehsalı zavodu yaradılacaq. Perspektivdə dərman vasitələrinin “Made in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.

Poliqon.info 


Etiket: Zavod


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar