Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aziz Sancara “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycanın medalı təqdim edilib

Aziz Sancara “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib...

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ABŞ-ın Çapel Hill (Chapel Hill) şəhərində yerləşən Aziz Sancar adına Türk Mədəniyyət Mərkəzində Şimali Karolina ştatında yaşayan Azərbaycan icması ilə görüş və ölkəmizə həsr olunmuş “Azerbaijan – My Land, My Soul” (“Azərbaycan – torpağım, ruhum”) adlı rəsm sərgisi keçirilib.

Komitənin dəstəyi ilə Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Komitənin, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin, türk icmasının nümayəndələri və güneyli azərbaycanlılar iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bütün türk dünyasının fəxri olan Nobel mükafatçısı Aziz Sancarın adını daşıyan mərkəzin Azərbaycan diasporuna dəstəyini yüksək qiymətləndirib, şəhər merinin də qatıldığı Azərbaycanın Zəfər bayramının birinci ildönümü ilə bağlı təntənəli mərasimin və digər tarixi günlərimizə həsr olunmuş tədbirlərin mərkəzdə keçirildiyini buna bariz nümunə göstərib. ABŞ və Türkiyə arasında dostluq əlaqələrinin inkişafına töhfələr verən mərkəzin eyni zamanda Amerika cəmiyyətinə inteqrasiya etmək istəyən fərdləri dəstəklədiyinə diqqəti cəlb edib.

Sonra komitə sədri Azərbaycanın böyük dostu və dünya şöhrətli alim Aziz Sancara və Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Krişnana təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medallarını təqdim edib.

Aziz Sancar və Günel Krişnan fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər. “Azərbaycan – mənim Vətənimdir”, - Aziz Sancar çıxışında söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal diaspor təşkilatının həyata keçirdiyi layihələrdən danışıb, fərdi sərgiləri təşkil olunan güneyli soydaşlarımız - Şimali Karolina ştatında yaşayan azərbaycanlı rəssamlar Lalə Bağırzadə (Laleh Bağherzadi) və Bəhram Yusifinin (Bahram Yosifi) tarixi vətənləri Azərbaycana həsr etdikləri əsərləri barədə qısa məlumat verib.

Lalə Bağırzadə bildirib ki, məqsədi Azərbaycan mədəniyyətini Şimali Karolina ştatında yaşayan butun icmalara təqdim etməkdir. “Burada ölkəmizi tanımayanlara xalqımızın mədəniyyətinin, adət-ənənələrinin zənginliyini göstərmək istəyirəm”, - deyə rəssam vurğulayıb.

Komitənin adından azərbaycanlı rəssamlara “Xarı bülbül” və kələğayı dəsti hədiyyə olunub.

Sərgidə nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında, o cümlədən yerli ictimaiyyətin nümayəndələrində böyük maraq doğurub.

Sərgi “City Ligths Jazz” musiqi qrupunun çıxışı ilə davam edib.

Qeyd edək ki, Azərbaycan əsilli Lalə Bağırzadə (Laleh Bağherzadi) Urmiya Universitetinin və Şimali Karolina Dövlət Universitetinin məzunudur. ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin Roli (Raleigh) bölgəsində bitki fizioloqu vəzifəsində çaışır. O, ABŞ-da həm də rəssamlıq arzusunu həyata keçirib. 2020-ci ildə Nyu-York şəhərində keçirilmiş “Biz hamımız zəncirlənmişik” adlı rəsm sərgisində ilk mükafatını qazanıb. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun tədbirlərində fəal iştirak edən Lalə Bağırzadə bir sıra tədbirlərin aparıcısı olub.

Bəhram Yusifi İranın Piranşəhr şəhərində doğulub. Bakalavr mərhələsində təhsilini qrafika və rəssamlıq ixtisası üzrə alıb, sonra Tehrandakı İncəsənət Universitetində şərqşünaslıq üzrə magistraturanı bitirib. Ömrünün 23 ilini rəssamlıq sənətinə həsr edib, məktəblərdə və müxtəlif müəsssisələrdə rəssamlığı tədris edib. Hiss və duyğuların ifadəsi onun yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. 60-dan çox mükafata layiq görülüb.

Poliqon.info


Etiket: Aziz Sancar medal


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar