Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəxtiyar Aslanbəyli: “BP “Şahdəniz”də hasilatın pik həddini uzatmağa çalışır”

Bu il Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında təbii qaz hasilatı maksimum həddə çatacaq, yəni yataqdan ildə 25 milyard kubmetrə qədər təbii qaz hasil olunacaq.

Bunu “Report”a açıqlamasında BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

"Layihənin operatoru olan BP maksimum hasilat müddətini mümkün qədər uzatmağa çalışır”, - B. Aslanbəyli bildirib.

Onun sözlərinə görə, illik proqnozun yerinə yetirilməsi üçün gündəlik göstəricilər əsas götürülür: “Şahdəniz-2” yatağında isə hasilatın maksimum səviyyəsi ildə 16 milyard kubmetrə çatacaq. Operatorun məqsədi hasilat müddətini pik səviyyədə saxlamaqdır və şirkət bu istiqamətdə işləyir”.

B.Aslanbəyli vurğulayıb ki, BP Azərbaycanda operatoru olduğu iki böyük layihədə - “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında resurs bazasının genişləndirilməsi üçün kəşfiyyat qazma işlərini davam etdirir: “AÇG yatağında dərinlikdə yerləşən təbii qaz laylarının ehtiyatlarının müəyyən edilməsi məqsədilə kəşfiyyat quyusunun qazılması artıq başa çatıb. Hazırda daxil olan məlumatlar əsasında Azərbaycan Dövlət Neft Şirkəti ilə texniki və kommersiya parametrləri ilə bağlı müzakirələr aparılır”.

O, həmçinin bildirib ki, hazırda “Şahdəniz” yatağında kəşfiyyat quyusunun qazılması davam edir və bu da şirkət tərəfindən bir neçə il əvvəl aşkar edilmiş dərin laylardakı təbii qaz ehtiyatlarını qiymətləndirməyə imkan verəcək: “Amma bu, illik proqramdır, nəticələr yalnız ilin sonuna kimi əldə olunacaq və budan sonra onların interpretasiyasına başlanacaq”.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Ən çox oxunanalar