Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusu Xəzər dənizində təlimlərə başlayıb - Video

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə ”Xəzri dalğası” taktiki təlimi keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən təlimi izləmək üçün hərbi dəniz bazasına gəlib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin HDQ qərargahının ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Sonra HDQ komandanı vitse-admiral Sübhan Bəkirov təlimin gedişi və icra olunacaq tapşırıqlar barədə müdafiə nazirinə məruzə edib.

Bildirilib ki, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunun mühafizə və müdafiəsi HDQ-nin qüvvə və vasitələri ilə yüksək səviyyədə təşkil olunub. Dəniz sularımız pilotsuz uçuş aparatları və digər texniki vasitələrlə fasiləsiz müşahidə edilir.

Qeyd olunub ki, təlimin məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Üç mərhələdə keçirilən təlimdə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra edilir.

Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda təlimin gedişatını izləyən müdafiə naziri hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib.

Qeyd edək ki, təlimə 1500 nəfər şəxsi heyət, HDQ-nin döyüş, təminat, DSX Sahil Mühafizəsinin gözətçi gəmiləri, HHQ-nin helikopterləri, pilotsuz uçuş aparatları və QQ-nin zirehli döyüş maşınları cəlb olunub.

Poliqon.info 


Etiket: Təlim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Ən çox oxunanalar