Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Rusiyanın kütləvi raket hücumları barədə konfrans keçirib, tapşırıqlar verib

Rusiyanın hər bir raketi təkcə Ukraynaya deyil, dünyada normal və təhlükəsiz həyata can atan hər kəsə zərbədir”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski telegram kanalında yazıb.

Dövlət başçısı Rusiya qoşunlarının iyulun 18-dən 19-na keçən gecə ölkə ərazisini kütləvi atəşə tutması ilə bağlı videokonfrans formatında müşavirə keçirib.

O qeyd edib ki, iki mühüm qərar qəbul edilib: “Səhər konfransında mən Rusiyanın Odessa, Jitomir və digər bölgələrimizə gecələr endirdiyi zərbələr barədə məlumat eşitdim. Rusiya terrorçuları kifayət qədər məqsədli şəkildə “Taxıl sazişi”nin infrastrukturunu hədəfə alıblar”.

V.Zelenski hərbçilərə insanların və liman infrastrukturunun mühafizəsini gücləndirməyi, Xarici İşlər Nazirliyinə isə Rusiyaya qarşı təzyiqi artırmaq və Ukrayna taxılının normal ixracını davam etdirmək üçün tərəfdaşlarla əlaqələri gücləndirməyi tapşırıb.

Qeyd edək ki, iyulun 19-na keçən gecə Rusiya qoşunları bir neçə növ raketlərdən, eləcə də kamikadze pilotsuz uçan aparatlardan istifadə etməklə Ukraynaya hücum edib. Odessa, Xerson, Kropivnitski, Jitomir vilayəti və Kiyevdə partlayış səsləri eşidilib. Odessada da yaşayış binaları, liman və mühüm infrastruktur atəşə tutulub, 10-dan çox insan yaralanıb. Nikolaev bölgəsində isə zərbə Koblevo bölgəsindəki kurort zonasına dəydi. Burada iki nəfər yaralanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? - Fotolar

Azərbaycanda indiyədək 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - Yenilənib

İşdən çıxarılan icra başçısının mülkləri…

Bunu Bakının tələbi ilə etməyəcəyik - Erməni nazir

Ən çox oxunanalar