Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artırılan cərimələr cəmiyyət tərəfindən necə qarşılandı? - Video

Yolda sürət həddini aşmağa görə artırılan cərimələr sürücülər tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiq edib. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimə məbləği 200 manat müəyyən edilib. Əvvəllər bu cərimə məbləği 150 manat idi. Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşan sürücülər isə 300 manat məbləğində cərimə ödəyəcəklər.

Yol hərəkəti qaydaları üzrə ekspert Aslan Əsədov hesab edir ki, yüksək sürətə görə cərimə sanksiyasının artırılması effektli olacaq.

Təsdiq edilmiş qaydalarda o da var ki, birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin cəriməsi 150 manata qaldırılır. Narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülər isə 600 manat cərimə və altı ay sürücülük hüququndan məhrum ediləcək.

Sürücülər mövzu ilə bağlı bildiriblər ki, cərimə məbləğinin artırılması, tez-tez sürət həddini aşanların qarşısını alacaq.

Xatırladaq ki, aparılan təhlillər zamanı müəyyən edilib ki, ən çox ölümlə nəticələnən qəzalar məhz cəriməsi artırılan inzibati xəta növlərində baş verir.

Daha ətraflı süjetdə:

Poliqon.info 


Etiket: Cərimə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay