Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FAO və Ümumdünya Səhiyyə Təşkilatı aspartamın təhlükəsizliyini təsdiq edirlər

Dünyanın aparıcı səhiyyə və qida təhlükəsizliyi mütəxəssislərinin bu qəti nəticəsi aspartamın təhlükəsiz olduğunu bir daha təsdiqləyir...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünən birgə dərc etdikləri birmənalı qənaətə əsasən, şəkərəvəzləyicisi olan aspartamın istifadə edildiyi qida və içki məhsullarının təhlükəsiz olduğu təsdiqlənib.

ÜSTFAO-nun Qida Əlavələri üzrə Birgə Ekspert Komitəsi (JECFA) onilliklər ərzində toplanan mötəbər dəlilləri və dünya bazarında real istehlak məlumatlarını araşdıraraq aspartamın hər hansı zərər yaratmayacağı gündəlik istehlak həddini müəyyənləşdirib.

İçki Assosiasiyaları Beynəlxalq Şurasının (ICBA) icraçı direktoru Keyt Lotman ÜSTFAO-nun Birgə Ekspert Komitəsinin açıqlamasını alqışlayaraq bildirib:

“Dünyanın aparıcı səhiyyə və qida təhlükəsizliyi mütəxəssislərinin bu qəti nəticəsi aspartamın təhlükəsiz olduğunu bir daha təsdiqləyir. Hərtərəfli araşdırmaya əsaslanan ÜSTFAO-nun ortaya qoyduğu nəticələr aspartamın təhlükəsizliyinə olan inamı daha da gücləndirir və istehlakçıların düzgün məlumatlandırılmasında mühüm rol oynayacaq.

Birgə Ekspert Komitəsinin aspartamın təhlükəsizliyinə dəlalət edən müfəssəl rəyi 40 ildən artıq araşdırılan elmi sübutlar və 90-dan çox qida təhlükəsizliyi qurumlarının müsbət rəylərinə əsaslanır”.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin iyunun 29-da sızdırılmış ilkin məlumatı və yenicə dərc etdiyi rəyinə münasibət bildirən xanım Lotman qeyd edib:

“Qida təhlükəsizliyi agentliyi olmayan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi isə indi özü rəsmi olaraq etiraf edir ki, aspartamı “məhdud” və “yetərli olmayan” dəlillərə əsaslanaraq araşdırıb və beləliklə, aspartam sağlamlıq üçün təhlükəsi eyni kateqoriyadan olan yüzlərlə digər qida əlavələrindən, məsələn, aloe vera bitkisindən heç də fərqlənmir”.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin sızdırılmış rəyi gərəksiz yerə insanlarda çaşqınlıq yaradıb. Lakin bu agentlik özü də aspartamın təhlükəsizliyini təsdiq edən ÜSTFAO-nun ekspert komitəsinin rəyini üstün tutur, çünki məhz bu qurumlar aspartamın istehlakının təhlükəsizliyi ilə bağlı rəy verəcək səlahiyyətli təşkilatlardır”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay