Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat nazirə etiraz edib İctimai Şuradan istefa verdi - Foto

Milli Məclisin deputatı Etibar Əliyev üzvü olduğu Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuradan istefa verib...

Bu barədə deputat “Facebook” səhifəsində paylaşım edib.

Deputat İctimai Şuradan istefası ilə bağlı açıqlama verib
“Bu gün Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın iclası keçirildi. İclasdan bir gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi “WhatsApp” yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşılması məsələsinin də müzakirənin gündəliyə salınmasını təklif etmişdim. Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirilməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrlə etdiyim təkidlərə baxmayaraq, məsələ gündəliyə salınmadı. İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti “İctimai iştirakçılıq haqqında qanun”un fəlsəfəsinə ziddir. Mənim təkliflərimdən biri də nazirin iclasda iştirakının təmin olunması idi. Bu təklifə ümumiyyətlə münasibət bildirilmədi. Bugünkü müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü. Bir məsələni də qeyd edim ki, E. Əmrullayev elm və təhsillə bağlı prinsipial məsələlərin heç birində şura ilə məsləhətləşmə aparmayıb. Bütün bunları əsas götürüb, Elm və Təhsil Nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri-mümkün hesab edirəm və şura üzvlüyündən istefa verirəm”, - deyə E.Əliyev qeyd edib.

Poliqon.info


Etiket: deputat etiraz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar