Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstraliyanın keçmiş Baş naziri Stoltenberqi “axmaq” adlandırıb...

Keçmiş Baş nazir Stoltenberqi “axmaq”, NATO-nun Asiyaya genişlənməsini “vəba xəstəliyi” dəyərləndirib...

Avstraliyanın keçmiş baş naziri Pol Kitinq NATO-nun baş katibi Yens Stoltenberqi “axmaq” adlandırıb və Alyansın Asiyaya genişlənməsinə qarşı çıxıb.

Poliqon xəbər verir ki, sabiq Baş nazir həmçinin Alyansın irəliləməsini vəba xəstəliyinin yayılması ilə müqayisə edib və onun “Soyuq müharibə” bitdikdən sonra mövcudluğunu Avropada “dinc birliyə” zərər vudruğunu bildirib.

Daha əvvəl Financial Times məlumatlı mənbələrə istinadən yazıb ki, Fransa prezidenti Emmanuel Makron Çinlə münasibətləri gərginləşdirmək istəmədiyi üçün NATO-nun Tokioda ofis açmaq təklifinə qarşı çıxıb. Nəşrin yazdığına görə, Paris hesab edir ki, Alyansın nizamnaməsi onun fəaliyyət dairəsini “Şimali Atlantika” ilə məhdudlaşdırır. Mənbənin sözlərinə görə, Fransa “NATO ilə Çin arasında gərginliyə səbəb olan” hər hansı bir ideyanı dəstəkləmək istəmir.

“Fransa prezidenti Makron NATO-nu Asiyaya istənilən genişlənməyə qarşı xəbərdar etməkdə haqlıdır. O, hər kəsə NATO-nun Atlantik dizaynını və diqqətini xatırladır. Bu zərərli zəhəri Asiyaya ixrac etmək qitənin vəba xəstəliyini öz üzərinə götürməsinə bərabərdir”, deyə Paul Keatinq məqaləsində yazır.

Avstraliyanın keçmiş Baş naziri hesab edir ki, Emmanuel Makron hamıya “NATO-nun mülki deyil, hərbi təşkilat olduğunu” xatırlatmaqla dünyaya yaxşılıq edir.

Keatinq məqaləsində NATO-nun baş katibini tənqid edərək bildirib ki, beynəlxalq səhnədəki bütün insanlar arasında “ən böyük axmaq” Yens Stoltenberqdir.

“Stoltenberqin mövqeyi ondan ibarətdir ki, Çin Qərbin nəzarəti altında olmalı və strateji cəhətdən məhdud olmalıdır, lakin NATO-nun Baş katibi ÇXR-in bəşəriyyətin iyirmi faizini təmsil etməsi və hazırda dünyanın ən böyük iqtisadiyyatı olması faktını nəzərdən qaçırır. Stoltenberq özünü Avropa təhlükəsizliyinin lideri və nümayəndəsindən daha çox Amerika agenti kimi aparır”, deyə sabiq baş nazir yazır.

Avstraliyanın keçmiş Baş nazirinin sözlərinə görə, “Soyuq müharibə” başa çatdıqdan sonra NATO-nun mövcudluğunu davam etdirməsi Avropanı dinc birlikdən məhrum edib.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının Tokioda ofisinin açılması ilə bağlı müzakirələrin aparıldığını təsdiqləyib. Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi də ölkəsində NATO ilə əlaqə ofisinin açılması ilə bağlı müzakirələrin aparıldığını açıqlamışdı ki, bu da Asiyada ilk belə ofis olmalıdır. Daha sonra “Nikkei” məlumatlı mənbələrə istinadən xəbər verib ki, Alyansın bütün ölkələri tərəfindən plana mütləq dəstək almaq mümkün olmadığı üçün NATO Tokioda əlaqə ofisinin açılması qərarını payıza qədər təxirə salacaq və ya daha gec qəbul edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar