Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

49 yaşlı kişinin dörd nəfəri baltalamasının təfərrüatı - Video  

Abşeron rayonunun Digah qəsəbəsində ağır cinayət törədilib...

Xezerxeber.az-ın məlumatına görə, 2 nəfər qətlə yetirilib.

İddialara görə, 1974-cü il təvəllüdlü Sərxan Həşimov adlı şəxs əmisi, 61 yaşlı Hicran Həşimovun həyətindən dəmir boruları icazəsiz götürüb satdığı üçün danlanıb. Əmisinin tənbehinə dözməyən Sərxan qisas almaq fikrinə düşüb. O, əvvəlcə yatılı vəziyyətə olan əmisinə balta ilə xəsarətlər yetirib.

Daha sonra Sərxan Həşimov əmisinin həyat yoldaşı, 1966-cı il təvəllüdlü Zümrüd Haşımova və əmisi qızı, 1981-ci il təvəllüdlü Xəyalə Kərimovaya da balta ilə xəsarətlər yetirib. Onların hər ikisi xəstəxanaya aparılıb. Zümrüd Haşımova tibb məntəqəsində dünyasını dəyişib.

Sərxan Həşimov daha sonra polisə gedərək təslim olmaq istəyib. Bu zaman əlində balta, paltarında isə qan ləkələrinin olduğunu görən və nə baş verdiyini soruşan tanışı Ələsgər Hüseynovu da baltalayıb. Həmin şəxs də xəstəxanaya çatdırılıb. Onun müalicəsi davam etdirilir.
Qeyd edək ki, Sərxan Həşimovun əmisi də aldığı ağır xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Poliqon.info


Etiket: Abşeron qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Ən çox oxunanalar