Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa şəhərləri döyüş meydanına çevrilib... - Ölkədə vətəndaş müharibəsi ola bilər?..

Bəzi fransız siyasətçilər isə artıq aksiyları vətəndaş müharibəsinə keçid mərhələsi olaraq qiymətləndirirlər...

Politoloq: “Mövcud aksiyalar dünyaya insan haqları, demokratiya dərsi keçən Fransanı içdən nə qədər çürümüş və neqativ idelogiyalarla bəslədiyinin göstəricisidir”.

“Fransadakı hazırkı böhranlı vəziyyət Makron rejiminin yarıtmaz siyasətinin bəhrəsidir”.

Bu sözləri politoloq Turan Rzayev Fransa keçirilən etiraz aksiyalarını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi iyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı Əlcəzair əsilli Fransa vətəndaşını güllələyərək öldürməsindən sonra ölkədə kütləvi aksiyalar və iğtişaşlar davam edir. Fransa polisi artıq 719 nəfəri saxlayıb. Ölkənin daxili işlər naziri Jerald Darman tviter səhifəsində 45 min polis və jandarmın aktiv şəkildə vəzifə başında olduğunu qeyd edib. Bundan başqa, Denan, Krua və Rube kimi şəhərlərdə iğtişaşlarla mübarizə aparmaq üçün komendant saatı tətbiq edilib.

Faransanın bir çox şəhərlərində yüzlərlə ticarət obyektləri talan edilib, yüzlərlə avtomobil yandırılıb. Gənclər və yeniyetmələr bir çox şəhərlərdə təhlükəsizlik qüvvələrinə qarşı silaha əl atırlar. Polis isə öz növbəsində hakimiyyətdən iğtişaşçılara qarşı adekvat yollarla mübarizə aparmağı tələb edir. Hazırda polisin Makron hakimiyyətindən narazılığı da son həddə çatmaqdadır.

Bəzi fransız siyasətçilər isə artıq aksiyları vətəndaş müharibəsinə keçid mərhələsi olaraq qiymətləndirirlər. İfrat sağçı jurnalist və siyasətçi, prezidentliyə keçmiş namizəd Erik Zemmur iğtişaşları vətəndaş müharibəsinin ilk “doğuş əzabları” kimi təqdim edib.

“Əgər Fransada vətəndaş müharibəsi gedirsə də, indi bu, daha çox simvolik olaraq aparılır”, deyə Erik Zemmur bildirib.

“Xaos fonunda iğtişaşçıların təkcə polis idarələrinə deyil, həm də bələdiyyə binalarına, vergi müfəttişliklərinə, məktəblərə və bütün dövlət qurumlarına hücum etdiyi nəzərə çarpır. Bu qəzəb Respublikanın müdafiə etdiyi hər şeyə, “azadlığa, bərabərliyə, qardaşlığa” qarşı yönəlib. Səbəb isə odur ki, şəhərətrafı qəsəbələrdə yaşayan marjinal əhalinin böyük bir hissəsi bu idealın onlara aid olmadığına və ya sadəcə olaraq yalan olduğuna inanır”, deyə Zemmur qeyd edib.

Fransada baş verən hadisələrin axırını necə proqnoz etmək olar və ölkədə vətəndaş müharibəsi başlaya bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Makron hakimiyyətinin məsələyə laqeyd yanaşması, açıq şəkildə irqi, etnik və dini ayrı-seçkiliyi, dinc aksiya iştirakçılarına qarşı polis zorakılığından istifadə etməsi prosesləri daha da gərginləşdirir”.

Ultra-sağçı qrupun küçələrə çıxması Fransadakı aksiyaların motivini dəyişə biləcəyini proqnoz edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, qəzəbli kütlənin başqa qəzəbli qrupla toqquşması prosesləri vətəndaş qarşıdurmasına, müdaxilə edilməyəcəyi təqdirdə isə vətəndaş müharibəsinə keçirə bilər:

“Əvvəla qeyd edim ki, Fransadakı aksiyaların günü-gündən şiddətlənməsi və Makron hakimiyyətinin problemi həll etmək yerinə polisi, jandarmları aksiya iştirakçılarının üzərinə göndərməsi faktiki olaraq rəsmi Parisin dövlət böhranı içərisində olduğunu göstərir. Halbuki nümayişçilərin tələbi 17 yaşlı Naelin qətlinin ədalətli araşdırılmasıdır. Makron hakimiyyətinin məsələyə laqeyd yanaşması, açıq şəkildə irqi, etnik və dini ayrı-seçkiliyi, dinc aksiya iştirakçılarına qarşı polis zorakılığından istifadə etməsi prosesləri daha da gərginləşdirir.

Mövcud aksiyalar həm də dünyaya insan haqları, demokratiya dərsi keçən Fransanı içdən nə qədər çürümüş və neqativ idelogiyalarla bəslədiyinin göstəricisidir. Bu ölkə qeyri-fransızlara 2-ci, 3-cü dərəcəli vətəndaş kimi yanaşır, islamafobiya, antisemitizm, neonasizm kimi neqativ tendensiyalar ilə içdən-içə çürüyür. Cəmiyyətdə bu tipli bölünmənin yaratdığı qütbləşmə hazırda aksiyalar fonunda özünü göstərir.

Fransadakı hazırkı böhranlı vəziyyət Makron rejiminin yarıtmaz siyasətinin bəhrəsidir. O, hazırda prosesləri sakitləşdirmək yerinə Yelisey sarayında keçirdiyi toplantıda “Hökumət polisin və jandarmın tərəfində olacaq” deyib.

Turan Rzayev: “Ehtimal ki, ultra-sağçı qrupun küçələrə çıxması və aksiyaçılarla toqquşması Makron hökumətinin planıdır”.

Etiraz aksiyaları fonunda Fransanın qərbində nümayişçilərlə ifrat sağçılar arasında toqquşmalar olub. Ümumiyyətlə, ultra-sağçı qrupun küçələrə çıxması Fransadakı aksiyaların motivini dəyişə bilər. Qəzəbli kütlənin başqa qəzəbli qrupla toqquşması prosesləri vətəndaş qarşıdurmasına, müdaxilə edilməyəcəyi təqdirdə isə vətəndaş müharibəsinə keçirə bilər.

Ehtimal ki, ultra-sağçı qrupun küçələrə çıxması və aksiyaçılarla toqquşması Makron hökumətinin planıdır. Polis və jandarmların ardınca Makronun ultra-mülkiyyətçiləri aksiyaçılara qarşı irəli sürməsi etirazların miqyasını böyüdəcək. Bu prosesdə Makronun istefası şüarlarının da səsləndirilməsi mümkündür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Barış Akarsunun 17 ildən sonra ortaya çıxan son görüntüsü gündəm oldu - Video

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Saatlının Dədə Qorqud kəndində oğul atasını şüşə parçası ilə qətlə yetirib

Ən çox oxunanalar