Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada etirazçılar binalarının şüşələrini sındırıb, avtomobilləri yandırıblar

Fransanın Nanter şəhərində polis tərəfindən öldürülən yeniyetmənin xatirəsinə keçirilən “Ağ yürüş”ün iştirakçıları bəzi inzibati binaların şüşələrini sındırıblar...

“Report” “TASS”a istinadən xəbər verir ki, nümayişçilər bir neçə avtomobili aşıraraq yandırıblar.

Yürüşün keçirildiyi yol boyunca yerləşən kafe və mağazaların sahibləri tələsik pəncərələrini bağlayıblar.

Hüquq-mühafizə orqanlarının etirazçılara qarşı istifadə gözyaşardıcı qazdan istifadə edib.

“Le Parisien” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbərə görə, ötən gecə Fransada 2400-dən çox yanğın hadisəsi qeydə alınıb. Nəticədə 609 avtomobil yandırılıb, 114 binaya ziyan dəyib. Eyni zamanda 27 polis bölməsi, 8 bələdiyyə binası və 6 məktəbə hücum edilib.

Fransada 17 yaşlı sürücünün polis tərəfindən qətlə yetirilməsi Nanter şəhərində iğtişaşlara səbəb olub və sonradan digər kommunalara, Tuluza və Lion kimi böyük şəhərlərə yayılıb. Təkcə iyunun 28-dən 29-na keçən gecə onlarla polis maşını yandırılıb, komissarlıqlar, inzibati orqanların binaları yandırılıb, təhsil ocaqlarına ziyan dəyib.

Val-de-Marne departamentindəki Fren həbsxanasına daxil olmaq cəhdi barədə də məlumat verilib. İğtişaşların yatırılmasında iştirak edən 2 000 polis və jandarma əməkdaşlarının çoxu xəsarət alıb.

Fransa prezidenti Emmanuel Makron vəziyyəti qiymətləndirmək üçün nazirlərlərarası komitənin təcili iclasını keçirib. Həmin gün Nazirlər Kabinetinin bütün üzvlərinə növbəti xəbərdarlığa qədər prioritet olmayan səyahətləri ləğv etmək əmri verilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Ən çox oxunanalar