Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda MINEPS VII konfransının rəsmi açılış mərasimi olub

Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı - MINEPS VII-nin rəsmi açılışı olub...

Еədbir konfransın keçirildiyi Bakı Konqres Mərkəzində təşkil edilib.

Açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos çıxış ediblər.

Xatırladaq ki, MINEPS VII dünən işinə başlayıb. İlk gündə gender bərabərliyi, “Prioritet Afrika”, "Gənclər liderlik edir" və gənclərin inkişafı mövzuları müzakirə olunub. Eyni zamanda, proqrama əsasən, “Fit for life” layihəsinin əhəmiyyəti barədə məlumat verilib.

Qeyd edək ki, konfransın əsas məqsədi idmanla bağlı beynəlxalq tendensiyaların qiymətləndirilməsi, bədən tərbiyəsi və idman sahəsində beynəlxalq strategiyalar üçün mexanizmlərin hazırlanmasıdır.
İyunun 29-dək davam edəcək konfransda 150-dək ölkənin bədən tərbiyəsi və idman sahəsinə məsul qurumlarının rəhbərləri və nazirlər iştirak edirlər.

Konfransın yekunlarına əsasən, UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki passivliyin azaldılması strategiyasının hazırlanmasıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Yol polisi və AYNA Bakının küçə və prospektlərdə monitorinqlər keçirəcək

Ən çox oxunanalar