Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojinin qiyamı və “ədalət yürüşü”...

“Vaqner”in rəhbəri Şoyqunu muzdlularının səhra düşərgələrinə raket zərbələri endirməkdə iiham edib. Priqojinin sözlərinə görə raket zərbələri nəticəsində muzdlular çoxlu sayda itki verib...

Poliqon xəbər verir ki. bu barədə Associated Press Agentliyinin məlumatında bildirilir. Agentlik yazır ki, Priqojin hücuma görə Rusiya Müdafiə naziri Sergey Şoyqunu və Baş Qərargah rəisi Valeri Gerasimovu onlara təhvil verilməsini tələb edir. Əks təqdirdə onun döyüşçüləri Rostovdan Moskvaya doğru hərəkət edəcək.

AP qeyd edir ki, baş verənlər heyrətamizdir və Putinin iyirmi ildən çox sərt nəzarət altında olan hakimiyyətindən sonra, onun əsas köməkçiləri arasında ən kəskin çəkişmələrin başlaması ölkənin parçalanmasından xəbər verir. Bütün bunlar isə Ukraynada 16 aydır aparılan müharibənin fonunda baş verir.

Kremlin sözçüsü Dmitri Peskov Putinə vəziyyətlə bağlı məlumat verildiyini deyib və əlavə edib ki, bütün lazımi tədbirlər görülür.

62 yaşlı Priqojin isə bildirib ki, onun hərəkətləri “hərbi çevriliş deyil, ədalət yürüşüdür”. Priqojin deyib ki, onun adamları zərbə əmri verən hərbi komandirləri cəzalandıracaq və onun qoşunları onları dayandırmağa çalışan hər kəsi məhv edəcək və istənilən qoşun növünə atəş açacaq.

"Ölkənin hərbi rəhbərliyinin təcəssüm etdirdiyi şər dayandırılmalıdır" deyən Priqojin öz bəyanatında bildirib ki, onun qüvvələri Putinə və digər hökumət strukturlarına meydan oxumaq niyyətində deyil.

“Silahlı qüvvələrdə ədalət bərpa olunacaq, sonra isə bütün Rusiyada ədalət bərpa olunacaq”, deyə Priqojin bildirib.

Müdafiə Nazirliyi Priqojinin muzdlu birləşmələrinə hücum etdiyini təkzib edib. Federal Təhlükəsizlik Xidmətinin və ya FTX-nIn bir qolu olan Milli Antiterror Komitəsi Priqojinə qarşı silahlı qiyam qaldırmaq maddısi ilə cinayət işi açıb. Müdafiə Nazirliyinin generalları “Vaqner”çilərəmüraciət edərək Priqojini həbs etməyə çağırıb.

“Priqojinin bəyanatı Rusiya qoşunlarının kürəyinə vurulmuş bıçaq zərbəsidir və bu, Rusiyada silahlı münaqişənin qızışdırılmasına bərabər idi”, deyə general Surovokinin müraciətində bildirilib.

Hazırda Rostov-Don şəhərinin Priqojinin nəzarətində olduğu bildirilir. Muzdluların böyük kolonnalarla Moskvaya doğru irəliləməsi qeyd edilir. Lakin Rusiya rəcmiləri hələ ki, bu məlumatları təsdiq etməyiblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

İsrail hökuməti Beyrutdakı partlayışa görə təcili toplanıb

Ən çox oxunanalar