Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təxribatlar niyə məhz Naxçıvan istiqamətdə baş verir? - Bunda İran və Rusiya izi ola bilərmi?

Ermənistan Naxçıvan istiqamətində müxtəlif təxribatlar törədirlər...

Siyasi-şərhçi: “Sülh müqaviləsi danışıqlarının aparıldığı bir zamanda Ermənistanın Naxçıvan istiqamətində müxtəlif təxribatlar törətməyə başlamasını, onların demilitasiya və demarkasiya prosesində həmən sərhəd boyunca mövqelərini gücləndirmək istəyi ilə əlaqələndirirəm”.

“Paşinyan hakimiyyəti vəziyyəti gərginləşdirməklə həm Zəngəzur dəhlizi məsələsində, həm də Kərki kəndinin qaytarılmaması üçün beynəlxalq dəstək almağa çalışır”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli ermənilərin Naxçıvan istiqamətində törətdikləri təxribatları Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistan Naxçıvan istiqamətində müxtəlif təxribatlar törətməyə başlayıb. Təxribatlar niyə məhz Naxçıvan istiqamətdə baş verir? Burada İranRusiyanın rolu ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Ermənilər müxtəlif bəhanələrlə və təxribatlarla diqqəti Kərkidən yayındırmağa, mümkün qədər vaxtı uzatmağa çalışırlar”.

Ərazi məsələlərin və milli maraqların rəsmi Bakının qırmızı xətti olduğunu qeyd edən ekspert Poliqon-a açıqlamasında vurğulayıb ki, ermənilər bu məsələrdə Azərbaycan dövlətinin daim qətiyyətli mövqe sərgilədiyini və bundan sonrada sərgiləyəcəyini bilməlidirlər:

“Sülh müqaviləsi danışıqlarının aparıldığı bir zamanda Ermənistanın Naxçıvan Muxtar Respublikası istiqamətində müxtəlif təxribatlar törətməyə başlamasını, onların demilitasiya və demarkasiya prosesində həmən sərhəd boyunca mövqelərini gücləndirmək istəyi ilə əlaqələndirirəm.

Paşinyan hakimiyyəti vəziyyəti gərginləşdirməklə həm Zəngəzur dəhlizi məsələsində, həm də Kərki kəndinin qaytarılmaması üçün beynəlxalq dəstək almağa çalışır. Həmən ərazilərin onlara məxsus olduğunu bildirmək istəyirlər. Çünki Kərki strateji baxımdan da onlar üçün önəmlidir. Ermənilərin Zəngəzura, oradan da İrana gediş-gəlişində mühüm məntəqə sayılır. Ona görə də, ermənilər müxtəlif bəhanələrlə və təxribatlarla diqqəti Kərkidən yayındırmağa, mümkün qədər vaxtı uzatmağa çalışırlar.

Halbu ki, Ermənilərin bu istəyi sadəcə bir xəyaldır. Kərki Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidi olub və sülh müqaviləsi sonrası da Azərbaycana qaytarılacaq. Eyni cürdə Zəngəzur dəhlizi məsələsində. Bir tərəfdən İranla razılaşması, digər tərəfdən ABŞ-ın da bu dəhliz məsələsinə isti yanaşmaması Erməniləri ümidləndirib. ABŞ bayrağınında həmən ərazilərdə asılmasıda bir növ siyasi mesaj sayılır. Ermənilər Amerikan bayrağından istifadə edərək elə bir təsəvvür yaratmaq istəyirlər ki, güya ABŞ bu məsələdə ermənilərin yanındadır.

Kamran Məmmədli: “Sülh müqaviləsi imzalanmayana qədər bizim istənilən hərbi əməliyyatımız əsaslıdır”.

Halbu ki, ermənilər Zəngəzur istiqamətində bizim yaxın keçmişdə irəliləməyimizi deyəsən unudublar. Azərbaycanın ərazi məsələləri və milli maraqları onun qırmızı xəttidir. Ermənilər bilməlidilər ki, bu məsələrdə Azərbaycan dövləti daim qətiyyətli mövqe sərgiləyib və bundan sonrada sərgiləyəcək.

Hesab edirəm ki, yaxın zamanda sərhəddə yenidən gərginlik arta bilər və bu halda Azərbaycan ordusu yenə Ermənilərə bəzi məsələləri xatırlatmalıdır. Sülh müqaviləsi imzalanmayana qədər bizim istənilən hərbi əməliyyatımız əsaslıdır. AzərbaycanErmənistan arasında sülh yoxdursa, demilitasiya və demarkasiya aparılmayıbsa, hansı sərhədlərdən söz gedə bilər? Bu baxımdan fikrimcə biz daha rahat olmalıyıq və beynəlxalq təziqlərdəndə çəkinməməliyik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay