Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəy hadisələrinin pərdəarxası məqamı: Təşkilatçılardan biri olduğu iddia edilən şəxsin ifşası - Foto, Audio

Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazların əvvəlcədən təşkil edilməsi və təşkilatçılardan biri olduğu deyilən şəxsin səs yazısı sosial şəbəkələrdə yayılıb...

Səs yazısından aydın şəkildə anlamaq olur ki, dinc sakinləri manipulyasiya edərək, planlı şəkildə təxribat törədilən əraziyə getməyə sövq etməyə çağırışlar edilir.ğ

Belə ki, törədilmiş təxribatın əsas təşkilatçılarından birinin Afiq Allahverdiyev olması iddia edilir. Rusiyada yaşadığı deyilən bu şəxs polislərlə kənd sakinləri arasında yaşanan və geniş müzakirələrə səbəb olan təxribatı bir müddət əvvəl planlaşdırıb. Səs yazısından belə aydın olur ki, bu işdə ona müəyyən köməkliyi isə Etibar Cabbarov və Dadaş Şirinov adlı şəxslər ediblər.

Belə ki, o, kənd sakinlərini yaratdıqları “WhatsApp” qrupu vasitəsilə idarə edib və “birlik” olmağa çağırıb.

Afiq Allahverdiyev həmin qrupa atdığı səslərdən birində deyir ki, sözügedən əraziyə təşkilatlaşmış, hazırlıqlı vəziyyətdə çıxmaq lazımdır:

“Onlar ora necə hazırlıqlı çıxmışdılar, biz də elə çıxmalıyıq. Ora rahat çıxmaq üçün əvvəlcə başqa işləri görmək lazım idi. Mən yuxudan oyananda gördüm ki, hamı oradadır, millətin yarısının isə heç xəbəri yoxdur. Çıxan adamların da sayı 100-200 nəfər olub. Qalanların xəbəri yoxdur, siz onlara fikir verməyin. Əgər istəmirsinizsə, sabah onlara salam verməyin. Amma indi bunun vaxtı deyil, onu gələcəkdə edərsiniz. O gəlməyənlərin adını bir-bir çəkmək lazımdır. Demək lazımdır ki, bunlar, bunlar, etiraz etdilər, sizinlə birlikdə irəli çıxmadılar. Kimdən soruşursan deyir oğlum, qızım orada işləyir.
Ay qardaş, orda Söyüdlü kəndindən cəmi 60 nəfər adam işləyir. Bu 4-5 min əhalinin yanında 60 nəfər nə deməkdir? Qoy onların 100 nəfəri orada işləsin, 100 nəfərin də qohumu orada işləmiş olsun, 500 nəfəri xəstə olsun. Bəs bunların qalanı hanı? Çayxanada oturub domino oynayanların adını çəkmək lazımdır ki, filankəslər irəli çıxmadı. Yoxsa Moskvada oturan yoldaşlar heç nə etmədi demək lazım deyil. Moskvada oturanlar neyləsinlər?”

Bununla yanaşı o, həmçinin aksiyadan çəkilmiş görüntülərin sosial şəbəkələrdə geniş yayılmasını da təmin edib.

Bütün bu manipulyativ addımlar isə öz növbəsində sakinləri qəzəbləndirib. İyunun 20-də baş vermiş qarşıdurma zamanı da Afiq Allahverdiyev kənd sakinlərini aqressiv tərzdə istiqamətləndirərək onları İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı, digər qurumlara da qarşı etiraz etməyə çağırıb.

Bütün bunları şəxsin yayılan səs yazılarından başa düşmək olar.

Aşağıda Afiq Allahverdiyevin “WhatsApp” qrupu vasitəsilə sakinlərə göndərdiyi səs yazısını dinləyə bilərsiniz:

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar