Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəydə baş verənlər... - Güc tədbiq edənlər cəzalandırılmalı deyil?

Etiraz edən sakitcə gedir, müqavimət göstərmir, təhlükə də yoxdur, amma yaşlı xanımın gözünə qaz sıxılır...

Hüquqşünas: “Ermənistanla sərhəd olan Gədəbəy rayonu ərazisində insanlarla polis arasında baş verən bu xoşagəlməz olay hər bir halda heç birimizdə xoş təəssürat yaratmır”.

“Daxili İşlər Nazirliyinin bu məsələdə araşdırma aparıb, müvafiq tədbirlərin görülməsini gözləmək yaxşı olardı. Çünki polis və başqa peşə sahibi olmasından asılı olmayaraq hər bir vətəndaşımız qanun qarşısında bərabərdir”.

Bu sözləri hüquqşunas Xəyal Bəşirov Gədəbəydə baş verən qarşıdurmanı Poliqon-a şərh edərkən qeyd edib.

Gədəbəydə keçirilən etiraz aksiyasında baş verənlər barədə nə demək olar? Etiraz edən sakitcə gedir, müqavimət göstərmir, təhlükə də yoxdur amma yaşlı xanıma niyə qaz sıxılır ki? Bu hadisə mütləq ciddi araşdırılmalı, lazımsız və hüquqsuz güc tədbiq edənlər, buna əmr verənlər cəza almalı deyilmi?

Polisin yaşlı qadına qarşı etdiyi xoşagəlməz davranışı Poliqon-un əməkdaşı hüquqşunas Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Əgər araşdırmalarda bu sübut olunsa, əminliklə deyə bilərəm ki, həmin polis əməkdaşı haqqında müvafiq tədbirlər görüləcək, onun məsuliyyətə cəlb edilməsi ilə bağlı addımlar atılacaq”.

Hər bir işin ilkin görüntüsünün əslində onun mahiyyətindən xəbər vermədiyini vurğulayan hüquqşunas əlavə edib ki, əsas mahiyyət bu prosesin ətraflı araşdırılması və bununla bağlı müvafiq tədbirlərin görünməsindən sonra məlum olacaq:

“Sosial şəbəkələri, internet portallarını zəbt edən bu məlumat həqiqətən də cəmiyyətimizdə müəyyən narazılıqlar doğurub. Ermənistanla sərhəd olan Gədəbəy rayonu ərazisində insanlarla polis arasında baş verən bu xoşagəlməz olay hər bir halda heç birimizdə xoş təəssürat yaratmır.

İlk öncə qeyd edim ki, xəbərin təqdim edilməsindən çox şey asılıdır. Həssas cəmiyyətdə və həssas dönəmdə yaşayırıq. Buna görə də bu kimi xəbərlər insanlarda müsbət və yaxud da mənfi hisslər formalaşdıra bilir. Polislə vətəndaş, xüsusilə də yaşlı qadın arasında baş verən bu proses əslində, xəbərin təqdim edilməsindən daha çox asılıdır. Fikir versək görərik ki, xəbərin paylanması ilə bağlı cəmiyyətdə iki kəsim formalaşıb.

Bir kəsim insanlar gözyaşardıcı qazın yaşlı qadının gözünə vurulması anını təsvir edir və polisə qarşı ittihamlar səsləndirirlər.

Digər kəsim isə, polisi müdafiə etmək istəyən insanlar da hadisədən öncə həmin adamların polislərə daş və digər əşyaların atılması kadrlarını yayırlar.

Xəyal Bəşirov: “Polisin həyatına təhlükə olan məqamlar olmadığı tədbirdə onun o cür hərəkət etməsi qanunaziddir”.

Hüquqi dövlətdə yaşayırıq. Buna görə də insanların azad fikir bildirmək, mövqe ortaya qoymaq hüququ var. Amma hər bir halda tolerant mövqe nümayiş etdirmək daha yaxşı olar. Yəni, Daxili İşlər Nazirliyinin bu məsələdə araşdırma aparıb, müvafiq tədbirlərin görülməsini gözləmək yaxşı olardı. Çünki polis və başqa peşə sahibi olmasından asılı olmayaraq hər bir vətəndaşımız qanun qarşısında bərabərdir.

İndiki məqamda Azərbaycan cəmiyyətində bu halın baş verməsi hər bir halda xoşagəlməzdir. Hər bir cəmiyyət bu kimi xoşagəlməz hadisələrdən sığortalanmadığı kimi Azərbaycan cəmiyyəti də sığortalanmayıb. Buna görə də Azərbaycan cəmiyyətində də bu kimi qanunazidd addımların atılması gözləniləndir. Biz Gədəbəydə polisin və yaxud vətəndaşın qanunazidd addım atmasına qərar verməyə tələsməyək. Buna qanunlar və müvafiq qurumlar qərar verməlidir.

Xəyal Bəşirov: “Azərbaycan cəmiyyətində də bu kimi qanunazidd addımların atılması gözləniləndir”.

Qeyd edim ki, polisin həyatına təhlükə olan məqamlar olmadığı tədbirdə onun o cür hərəkət etməsi qanunaziddir. Əgər araşdırmalarda bu sübut olunsa, əminliklə deyə bilərəm ki, həmin polis əməkdaşı haqqında müvafiq tədbirlər görüləcək, onun məsuliyyətə cəlb edilməsi ilə bağlı addımlar atılacaq.

Bir daha qeyd edim ki, görüntüyə baxıb mövqe ortaya qoymayaq. Çünki bir çox hallarda görüntüyə baxıb mövqe bildirmək peşmançılıq yaradır və insanın öz mövqeyindən geri çəkilməsinə gətirib çıxarır. Düşünürəm ki, hər bir işin ilkin görüntüsü əslində onun mahiyyətindən xəbər vermir. Əsas mahiyyət təbii ki, bu prosesin ətraflı araşdırılması və bununla bağlı müvafiq tədbirlərin görünməsindən sonra məlum olacaq. Ümid edirəm ki, bu barədə cəmiyyətimiz mətbuat və digər vasitələrlə məlumatlandırılacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar