Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dörd yaşlı qızına əzab verən şəxsin cəzası məlum oldu

Taleh Allahyarov 3 il 6 ay azadlıqdan məhrum edilib...

Xəzər rayonunda öldürülüb quyuya atılan 4 yaşlı Məryəm Allahyarovaya əzab verməkdə ittiham olunan atası Taleh Allahyarovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.

Qafqazinfo” xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Taleh Allahyarov 3 il 6 ay azadlıqdan məhrum edilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, T.Allahyarov Məryəmi mütəmadi olaraq döyməklə, ona qarşı sair zorakı hərəkətlər edərək, dəfələrlə çimdikləyib, siqareti bədəninin müxtəlif nahiyələrinə basıb, hətta boynuna uzatma kabeli dolayaraq həmin kabeli də tavana bağlayıb boğucu hərəkətlər edib. O, qeyd olunan işgəncələrlə Məryəmə yüngül dərəcəli bədən xəsarəti yetirməklə ona əzab verib.

T.Allahyarov məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib. O, həyat yoldaşının ondan ayrılmasına görə bu yola əl atdığını bildirib. Hesab edib ki, həyat yoldaşı övladına əzab verdiyini eşidərsə, geri qayıdacaq.

Qeyd edək ki, ötən il fevralında 4 yaşlı Məryəmi qonşusu 32 yaşlı Mehman Mansurov qətlə yetirib. O, azyaşlını öldürüb quyuya atdıqdan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb. Hadisədən sonra azyaşlının atası da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə)maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Mansurov 11 il azadlıqdan məhrum edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar