Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xərçəng növlərinin riskini azaldan vərdişlər

Nyukasl Universitetinin alimləri təsdiq ediblər ki, sağlam həyat tərzinə riayət etmək, o cümlədən sağlam bədən çəkisini saxlamaq, qırmızı və işlənmiş ətləri məhdudlaşdırmaq xərçəng riskini azaldır.

Poliqon.info lent.az-a istinadən bildirir ki, tədqiqatçılar 2018-ci ildə Ümumdünya Xərçəng Tədqiqatları Fondu və Amerika Xərçəng Tədqiqatları İnstitutunun təlimatlarına riayət edilməsi ilə müxtəlif xərçəng növlərinin tezliyi arasında əlaqəni araşdıran 18 araşdırmanı təhlil ediblər.

Onlar müəyyən ediblər ki, bu qaydalara riayət olunmasını qiymətləndirmək üçün istifadə edilən sorğuda hər 1 ballıq artım bağırsaq xərçəngi riskinin 12%, döş xərçəngi riskinin 11 faiz və ağciyər xərçəngi riskinin 8 faiz azalması ilə nəticələnib.

Tövsiyələrə sağlam çəki saxlamaq, fiziki cəhətdən aktiv olmaq, siqaret çəkməmək, alkoqol, fast food, qırmızı ət və şəkərin məhdudlaşdırılması daxildir.

Mütəxəssislər qida rasionuna daha çox tərəvəz, meyvə, tam taxıl və paxlalılar əlavə etməyi də məsləhət görüblər. Ancaq xərçəngin qarşısını almaq üçün heç bir əlavə istifadə etməyin. Əmizdirmə körpələr üçün faydalıdır.

Əvvəlki araşdırmalar göstərib ki, çox miqdarda qırmızı və işlənmiş ət yemək bağırsaq xərçəngi riskini artırır, spirt içmək isə döş, kolon və yemək borusu xərçəngi riskini artırır.

Məlumatlara görə, bütün xərçənglərin təxminən 40 faizi dəyişdirilə bilən həyat tərzi faktorları ilə əlaqələndirilir: fiziki fəaliyyətin olmaması, tütün istifadəsi, piylənmə, pis pəhriz və spirt istifadəsi.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Ən çox oxunanalar