Azərbaycanda bir süni mayalanmanın qiyməti 3500 manatdır.
Bunu Valyuta.az-a açıqlamasında cərrah, mama-ginekoloq Samirə Tağıyeva deyib. Həkim bildirib ki, bu dərmanlarla birlikdə nəzərdə tutulan qiymətdir:
"Mayalanma alınmayanda təkrar müraciət edən analara deyilən rəqəmdə 200-300 manat endirim edilir. Başqa ölkələrlə müqayisədə süni mayalanma ən ucuzu Azərbaycanda icra olunur. Türkiyədə bu proses dollarla ödənilir, təxminən 5 mindən yuxarıdır”.
Samirə Tağıyeva Azərbaycanda süni mayalanmanın ucuz olmasının səbəbini uşaq istəyən ailələrin imkansız olması ilə izah edib.
Poliqon.info