Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı “Son zəng” tədbirində iştirak edib

Bu gün ölkəmizdə 2022-2023-cü tədris ilinin başa çatması münasibətilə bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınıb...

Bu münasibətlə Şirvan şəhərinin 14 ümumtəhsil müəssisəsində “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib. “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Müasir və müstəqil Azərbacanın memarı, qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən, tariximizə möhtəşəm “Zəfər salnaməsi” yazdıran şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 11 illik təhsil pilləsini başa vuran şəhərimizin bütün məzunlarını “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar və hansı peşəyə yiyələnməklərindən asılı olmayaraq öz bilik və bacarıqları ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr vermələrini arzulayıb. Ulu öndər Heydər Əliyevin elmə, təhsilə dövlət səviyyəsində göstərdiyi diqqət və qayğının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə bilikli, savadlı gənclərin sayının artdığını, elmin daha da inkişaf etdiyini, Heydər Əliyev Fondu tərəfindən bütün ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər təhsil müəssisələrinin istifadəyə verildiyini, maddi-texniki bazasının möhkəmləndirildiyini diqqətə çatdırıb. Məktəblərimizdə vətənpərvər övladların yetişdiyini bildirən İlqar Abbasov, məhz təhsil müəssisələrində aparılan vətənpərvərlik təbliğatının nəticəsi olaraq 44 günlük Vətən müharibəsində gənclərimizin kütləvi və könüllü olaraq ordu sıralarına yazılmaq istədiyini, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərini, tariximizin Şanlı Zəfərini qazandıqlarını vurğulayıb. Vətən uğrunda canından keçən şəhidlərimizin hər zaman hörmət və ehtiramla yad ediləcəyini, gələcək nəsillər üçün örnək olacağını söyləyərək, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyib. Sonra çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev dərs ilinin başa çatması münasibətilə müəllim və şagirdləri, valideynləri, xüsusilə də məktəb həyatını başa vuran və müstəqil həyata atılan məzunları təbrik edib, ötən tədris ilində şəhərin təhsil həyatında yaddaqalan məqamlardan, həyata keçirilən uğurlu layihələrdən və yeniliklərdən danışıb. Daha sonra Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalmış şəhid Ruslan Rustamovun qızı Dəniz Rustamli ilə görüşüb, birinci sinifi uğurla bitirməsi münasibətilə onu təbrik edərək ən xoş arzularını çatdırıb və hədiyyə təqdim edib. “Son zəng” tədbirləri məktəblilərin hazırladıqları musiqili-bədii çıxışlarla davam edib. Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.

Poliqon.info

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Ən çox oxunanalar