Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya ilə Aİ arasında fikir ayrılığı: Abramoviçin klubu satıldı, pul Ukraynaya köçürülmədi...

İş adamı Roman Abramoviçə məxsus İngiltərənin “Çelsi” futbol klubunun satışından əldə olunan vəsaitin Böyük Britaniya tərəfindən Ukraynaya transferi Avropa İttifaqı səlahiyyətlilərinin mövqeyinə görə ləngiyir...

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən The Daily Telegraph nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Böyük Britaniya hökuməti vəsaitlərin necə istifadə edilməsilə bağlı Aİ ilə məsləhətləşmələr aparır: ya onlar Londonun təkid etdiyi kimi, ukraynalı qaçqınların ehtiyaclarına yönəldilməlidir, ya da Brüsselin təklif etdiyi kimi, birbaşa Ukraynada istifadə olunmalıdır.

Abramoviç 2022-ci il martın 10-da Ukrayna hadisələri ilə əlaqədar Böyük Britaniyanın sanksiyalar siyahısında olub, bundan sonra onun krallıqdakı aktivləri dondurulub. Keçən il mayın 24-də Premyer Liqanın idarə heyəti "Çelsi"nin iş adamı Todd Boelinin konsorsiumuna satılmasını təsdiqləyib. Sahibkar qrupu klub üçün 4,25 milyard funt-sterlinq (5,36 milyard dollar) ödəyib. Bundan 2,5 milyard funt-sterlinq (3,15 milyard dollar) klubun özünə ödənilməli idi, daha 1,75 milyard funt-sterlinq (2,21 milyard dollar) onun inkişafına yatırılacaq.

25 may 2022-ci ildə Britaniya hökuməti Abramoviçə sahib olduğu komandanı satmağa icazə verən xüsusi lisenziya verib. Lisenziyanın verilməsinin şərti o idi ki, klubun qazandığı pulu sahibkar özü almasın. Krallığın səlahiyyətliləri, "Çelsi"nin satışından əldə edilən vəsaitin, xüsusən də ukraynalı qaçqınlara yardım göstərən xeyriyyə təşkilatlarına köçürülməsinə nəzarət etmək niyyətində olduqlarını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

“Bavariya” 12 ildən sonra ilk dəfə kuboksuz qaldı

Ən çox oxunanalar